Pentaqonun hesabatı Çini qəzəbləndirdi: Ordu…

ABŞ-da Çin ordusunun 2018-ci ildəki vəziyyəti haqqında hazırlanan hesabat rəsmi Pekinin kəskin etirazına səbəb olub.

Turkustan.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan danışıb.

“ABŞ-da hazırlanan hesabatda real faktlar nəzərə alınmayıb, ordumuzun quruculuğu barədə absurd şərhlər verilib, Çinin müstəqilliyi və ərazi bütövlüyü barədə məsuliyyətsiz bəyanatlar səsləndirilib. Çin tərəfi bununla əlaqədar kəskin etirazını bildirir”, – Kan deyib.    /Axar.az/