Peyğəmbər qadağan etsə də: Qurbanın qanı niyə alına sürtülür?- MARAQ

Qurban bayramına sayılı günlər qalıb. Bu gündə maraq doğuran məsələlərdən biri də qurban kəsilən heyvanın qanının alına sürtülməsidir. Maraqlıdır ki, peyğəmbərin qadağan etdiyi bu inanc necə yaranıb?

Turkustan.info xəbər verir ki, “Anadolu tanrıları” kitabının müəllifi Halikarnas Balqıçı bununla bağlı maraqlı fikirlər səsləndirib: 

“Qədimdən bəri qurban vermək insanın malının Tanrıya təqdim edilməsi deməkdir. Qurban dualarla müşayət olunan dini mərasimdir. Qurbanlar qanlı və qansız deyə iki yerə ayrılırdı. Məsələn, ilk məhsul toplanan zaman buğdadan hazırlanan çörək, şirniyyat, ət tanrının önündəki kürsüyə tökülərək yandırılırd. Kürsüyə süd də tökülürdü. Bunlara qansız qurban deyilirdi. Qanlı qurbanlar isə canlı olurdu. Qurbanlıq heyvan bəzənir, başına hətta çiçəklərdən çələng də qoyulur, kürsüdə kəsilirdi.

Heyvanın bir qaba yığılan qanı mərasim iştirakçılarının üstünə sürtülürdü. Anadoluda da (o cümlədən Azərbaycanda-red.) alına qurban kəsilən heyvanın qanının sürtülməsi adəti buradan yaranb. Çünki Tanrının gücünün sürtülən qanla bərabər insana keçdiyi inancı vardı”.

Xatırladaq ki, Türkiyənin Diyanət İşləri qurban qanının alına sürtülməsinin dinlə heç bir əlaqəsinin olmadığını bildirib.   /Cebhe.info/