Trampın bircə kəliməsinə inanmayın – Əsədlə barışıq…

ABŞ Türkiyəyə bir keşişə görə ticarət savaşını başladıb? Bircə kəlməsinə də inanmayın.

Bunu “İndependent” qəzetinin Yaxın Şərq üzrə müxbiri Robert Fisk deyib.

“ABŞ Türkiyəyə Rusiyadan S-400 raket sistemini almasına, YPG-yə verdiyi dəstəyə qarşı çıxmasına və müsəlman döyüşçülərin, silah, mərmi, raketlərin Türkiyə üzərindən Suriyaya axınına icazə verdiyi üçün sanksiya tətbiq edib”, – Fisk vurğulayıb.

Fisk ABŞ prezidentinin NATO-nun ikinci böyük ordusunu zəiflətməyə çalışmasını təəccüblə qarşıladığını, ancaq gedişatın gözlənilməz proseslərə səbəb ola biləcəyini bildirib:

“Türkiyənin Rusiya və İranla əməkdaşlığının güclənməsi fonunda, Qətər Suriyanı yenidən inşa edə bilər, bundan əlavə, Ərdoğanla Bəşər Əsədin keçmiş dostluğu yenidən bərpa ola bilər”.  /ednews.net/az