Ermənistan vətəndaş müharibəsinin BİR ADDIMLIĞINDA – Son HAZIRLIQLAR BAŞLADI

Ermənistanın sabiq prezidenti Robert Koçaryan bütün müxalifəti öz ətrafında birləşdirə bilər.

Turkustan.info xəbər verir ki, buhaqda “Sputnik” agentliyinin etməni xidmətinə Koçaryanın böyük siyasətə qayıdışı barədə bəyanatını şərh edən MDB ölkələri İnstitutunun erməni filialının rəhbəri, politoloq Aleksandr Markarov bildirib.

“Hesab edin ki, mən siyasətə qayıtdım. Bu qayıdış müxtəlif formatlarda ola bilər”, – Koçaryan avqustun 16-da “”Yerkir media” telekanalına müsahibəsində bildirdi.

Politoloq hesab edir ki, sabiq prezidentin qayıdışının siyasi meydanda necə rəsmiləşəcəyinə dair suala cavab vermək hələ çətindir. Bununla belə, artıq Koçaryanı dəstəkləməyə hazır olan siyasi güclər var. Xüsusi halda, “Daşnaksutyun” Partiyasının Siyasi Bürosunun nümayəndəsi Qrant Markaryan bildirib ki, sabiq prezidentlə əməkdaşlığı istisna etmirlər. Bu haqda sabiq prezident və baş nazir Serj Sarkisyanın lideri olduğu Respublika Partiyasından da bildiriblər.

“Üstəlik, Ermənistanda “neqativ”, yəni, kiməsə qarşı koalisiyaların formalaşması təcrübəsi var. Əgər Koçaryana güclərin mümkün cazibə mərkəzi kimi baxsaq, onda mümkündür ki, başqa partiyalar da bu ittifaqa qoşulmağa qərar verəcək”, – Markarov qeyd edib.

Həmçinin istisna edilmir ki, ölkənin ikinci prezident şəxsi siyasi gücünü formalaşdırmağı üstün tutacaq, amma bu vaxt və resurslar tələb edəcək. Söhbət həm də yalnız maliyyə vəsaitindən getmir, həm də kadrlar lazımdır.

Markarovun sözlərinə görə, “Sarukyan” blokunun özünü necə aparacağı çox maraqlıdır. Hər halda, blok Koçaryana dəstəyini ifadə edəcək hələlik heç bir bəyanat səsləndirməyib. Markarov qeyd edib ki, müxtəlif məlumatlara görə, Paşinyana əhalinin geniş təbəqələri arasında dəstək 70 faiz təşkil edir, amma onun partiyasının (“Yelk” Partiyası –red.) strukturu zəifdir.

“Beləliklə, parlament seçkilərinə qalan bir il ərzində Paşinyanın qarşısında konkret məsələ durur: partiya quruculuğu ilə məşğul olmaq”, – politoloq hesab edir.

Markarov qeyd edir ki, baş nazirin gələcək reytinqi konkret işlərdən birbaşa asılı olacaqlar.

Öz növbəsində politoloq Roman Melikyan hesab edir ki, Koçaryan böyük siyasətə qayıdaraq, “banka” gedir. Onun sözlərinə görə, Koçaryanın “siyasi cəsəd” adlandırılmasına baxmayaraq, sabiq prezidentin siyasi proseslərdə aktiv iştirakını istisna etmək olmaz. Politoloq qeyd edir ki, o özünün əvvəlki resurslarını aktivləşdirir. Onun fikrincə, Koçaryan yalnız ayrı şəxslərin deyil, həm də siyasi güclərin dəstəyindən istifadə etdiyini göstərir.

“Koçaryanın syasətə qayıdışının nə qədər müvəffəqiyyətli olacağı yeni hakimyyətin hərəkətlərinin, xüsusi halda iqtisadi siyasətinin effektivliyindən asılı olacaq”,- Melikyan güman edir.

Politoloq əmindir Koçaryanın Paşinyana qarşı yeni siyasi gücü yaradacağı, yaxud da artıq mövcud olan partiyalardan koalisiyanı formalaşdıracağı ən yaxın aylarda məlum olacaq.

Ekspertlər yeni hakimiyyət tərəfindən sıxışdırılan güclərin iştirakı ilə baş verən istənilən qarşıdurmaların işğalçı ölkəni yeni və artıq çıxılmaz olan xaosa sürükləyəcəyini bildirirlər. Qarşıdurmanın amansız ola biləcəyinə diqqət çəkən ekspertlər bu güclərin tərəfdarları arasında silahlı qarşıdurmaları da istisna etmirlər.

Ekspertlər hesab edirlər ki, keçmiş prezident Serj Sarkisyanın müalicə adı ilə getdiyi İtaliyadan geri dönən kimi – ötən həftə anasını ziyarət adı ilə işğal altındakı Xankəndinə getməsi də əslində Paşinyana qarşı yeni cəbhə formalaşdırmaq məqsədi daşıyırdı. Sarkisyanın Xankəndində yerli rəhbərliyin sadiqliyinə və mövcud vəziyyətdən narazı qaldıqlarına əmin olduqdan sonra əks-hücum planları qurduğu bildirilir.

Təbii ki, müxtəlif maraqlar güdən Qarabağ klanını birləşdirən əsas amil Robert Koçaryanın həbsi olduğu qeyd edilir. Sabiq prezidentin həbsi yeni hakimiyyətdən narazı olan qüvvələri güclərini birləşməyə itələyə bilər.

Qarabağ klanı nəzarəti altındakı KİV, hakim strukturlarda vəzifələrini qoruyub-saxlaya bilmiş tərəfdarları və maliyyə gücləri hesabına Nikol Paşinyandan revanş almaq niyyətindədir. Bu işdə onlara bütün ermənilərin katolikosu II Qareginin də yardımçı olacağı gözlənilir. Koçaryanın dövründə katolikos seçilən Qaregin Qarabağ klanına daim dəstək verib. Təsadüfi deyil ki, o, Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməyib və onun qurduğu hökumətə şübhə ilə yanaşır.

Bir sözlə, işğalçı ölkədə yaxın həftələr və ya aylarda olduqca ciddi qarşıdurmaları izləyə bilərik. Hakimiyyətə gələndən sonra atdığı addımları ilə Moskvanı da özündən küsdürən Paşinyanın yaradılması gözlənilən yeni cəbhə qarşısında duruş gətirəcəyi heç də inandırıcı görünmür.  /Publika.az/