Evliliyin ömrü 5 ildir, 5 ildən sonra isə…

Evlilik müddətinə dair daha bir araşdırma aparılıb. Məlum olub ki, evlilik üçün ən xoşbəxt dövr ilk 5 ildir. Evlilikdən 5 il keçdikdən sonra bu həzz azalmağa başlayır.

Turkustan.info saglamheyat.com-a istinadən bildirir ki, “evlilik doyumu və xoşbəxtlik” arasındakı münasibətlərin araşdırılmasına yönəlmiş bu prosesdə 342 qadın və 145 kişidən rəy alınıb. 18-70 arası insanların qatıldığı testdə ortalama yaş müddəti 38-30 götürülüb.

İndi isə gələk nəticələrə: Məlum olub ki evlilikdən ən çox kişilər məmnundur. Onların fikrincə, xoşbəxtlik artdıqca cütlüklərin evlilik doyumu da artır. Evli kişilərin evlilik doyumunun qadınlardan daha yüksək olduğu bildirilib. Kişilər evlilik doyumundan daha çox məmnunluq duyurlar. Bu prosesə ali təhsilin müdaxiləsinə gəldikdə isə məlum olub ki, cütlüklərin bir-birini başa düşməsi, bu sayədə onların xoşbəxt evlilik qurmalarında təhsil vacib rol oynamır.
Orta məktəb məzunları belə bir-birini daha yaxşı başa düşür.

İlk 5 il evlilik doyumu daha yüksək olur. Araşdırma zamanı məlum olub ki, xoşbəxt evlilik üçün ilk 5 il önəmlidir. 5-ci ildən sonra evlilik doyumu düşməyə başlayır. Tanış olub görüşüb evlənən cütlüklər görücü üsulu ilə evlənənlərdən daha xoşbəxtdir.

Mütəxəssislər bildirir ki, evli cütlüklər subay və boşanmış insanlara görə daha xoşbəxtdirlər. Evlillər onlardan daha sağlam olurlar.