DİN-in bu idarəsi avtomobillərini satır – Qiymət

Daxili İşlər Nazirliyi tabeliyində olan istifadəsiz qalmış avtomobillərini hərraca təqdim edib.

Turkustan.info xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının istifadə etmədiyi avtomobilləri üçün hərrac təşkil edəcək.

Avqustun 28-də keçiriləcək hərracda 2007-ci ilin “Fiat Doblo”, “BMV 320”, “Qaz-3102” markalı avtomobilləri satılacaq.

“Fiat Dablo” avtomobilinin ilkin start qiyməti 3500 manat, “BMV 320” avtomobili 5200 manat, “Qaz-3102” markalı avtomobilin start qiyməti isə 1800 manat müəyyən edilib.  /Axar.az/