“Mən yanığam, öpüş yanığı” deyən Sərxan bu dəfə Mətanəti “yıxıb sürüdü” – VİDEO

Müğənni Mətanət Əsədovanın qalmaqallı videosundan sonra sənət dostları ona dəstək olublar.

Turkustan.info xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlu şou-biznes nümayəndələrindən fərqli olaraq Əsədovanın ünvanına sərt sözlər söyləyib.

O, aparıcısı olduğu “Evimin qonaqları” verilişində müğənnini etdiyi hərəkətə görə qınayıb: “Siz bir xanım kimi deyirsiniz ki, “Məni çəkdi və söz verdi ki, heç yerdə paylaşmayacaq”. Video sizi çəkən insan tərəfindən sosial şəbəkədə yayılmayıb. Kim yayıbsa çox tərbiyəsizcəsinə hərəkət edib. Görüntülərin kimin tərəfindən yayıldığını çox yaxşı bilirsən. Ona görə də artistlik etmə. Xalqı aldatmaq olmaz.

İçkinizin limon suyu olduğunu deyirsiniz. Qoy olsun… İçki məclisidir, əgər orda söyüş söyürlərsə və sizin gücünüz çatmırsa, qalxıb oradan getməli idiniz. Əgər həmin məkanda qalmısınızsa, deməli etdiyiniz bu hərəkət Azərbaycan qadınının adına böyük ləkədir. Orada muğam oxuyarkən, sizə zarafatyana sözlər deyirdilər. Həmin an durub məkanı tərk etməliydiniz. Bizim musiqi və muğam sənətimizi təhqir etmisiniz”.

Qeyd edək ki, M.Əsədova proqramında qonaq olarkən S.Kərəmoğlu onu boynundan öpmüşdü və “Mən yanığam, öpüş yanığı” deməklə gündəmə gəlmişdi.  /Open.az/