Türkiyədə ABŞ səfirliyi atəşə tutuldu

ABŞ-ın Türkiyədəki səfirliyinə silahlı hücum olub.

Turkustan.info “Sözçü”yə istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında, təxminən 05:00 radələrində baş verib.

Hələlik kimliyi məlum olmayan silahlı şəxslər səfirliyin binasına atəş açıblar.

Səfirliyin 6 saylı qapısı qarşısında baş verən hadisədə 5-6 dəfə silah səsləri eşidilib və güllələrdən biri binanın dam örtyünə dəyib.

Polis hazırda silahlı şəxslərin axtarışına başlayıb.   /oxu.az/