ABŞ-dan Rusiyaya qarşı NÖVBƏTİ SANKSİYALAR

Vaşinqton yüz milyonlarla dollar Rusiya aktivlərini bloklayıb.

Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Maliyyə Nazirliyinin başçısının sanksiyalar üzrə müavini Siqal Mandelkerin bəyanatında deyilir.

ABŞ həmçinin, iki rusiyalını və bir şirkəti kibersanksiyalar üzrə siyahıya salıb. Mandelker Senatda çıxışı zamanı bildirib ki, Moskva öz davranışını dəyişmədiyi müddətdə, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcək.  /Publika.az/