“Bu ölkələrin Qarabağla bağlı öz maraqları var” – Fyodorov

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə yeni təkan verə biləcək əsas amil tərəflərin ikitərəfli dialoq qurmağa, bir-birini dinləyə bilməyə və kompromisə getməyə hazır olmasıdır.

Turkustan.info bildirir ki, bunu Trend-ə müsahibəsində rusiyalı ekspert, “Aspekt” Sosial və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Georgi Fyodorov deyib.

G.Fyodorovun sözlərinə görə, bu gün ATƏT Minsk qrupunun mövcud formatını dəyişməyə zərurət yoxdur.

Ekspert qeyd edib ki, regionun bir çox aparıcı ölkələrinin Dağlıq Qarabağ münqaişəsinin nizamlanması üzrə danışıqların yekunu və ya bu münaqişənin qəsdən uzadılması ilə bağlı öz maraqları var.

Ermənistandakı daxili vəziyyətə gəldikdə isə ekspertin proqnozlarına əsasən, Nikol Paşinyan hökuməti yaxın aylarda daxili problemlərlə, iqtisadi vəziyyətlə və digər aktual məsələlərlə məşğul olacaq:

“Ölkənin siyasi rəhbərliyindəki dəyişikliklərə baxmayaraq, Ermənistan da iqtisadi cəhətdən Rusiyadan asılı qalır. Ona görə də ən azından yaxın zamanlarda Ermənistanın xarici siyasətində kəskin addımlar gözlənilmir. Bununla belə, perspektivdə ümumi xarici siyasi kurs böyük ehtimalla Avropaya və ümumilikdə Qərbə yönələcək”.