Pentaqondan kritik Türkiyə AÇIQLAMASI

Amerika Birləşmiş Ştatları ilə onun NATO-dakı müttəfiqi Türkiyə arasında gərginlik davam edir.

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manninq jurnalistlərə açıqlamasında Türkiyə ilə münasibətlərdəki gərginlikdən danışıb.

“Baş verən son hadisələr iki ölkə arasında hərbi əməkdaşlığa necə təsir etdi” sualına cavabında Manninq deyib ki, Türkiyə ilə əlaqələr davam edir, heç bir kəsinti yoxdur: “Siyasi böhran hərbi əməkdaşlığa təsir etməyib”.   /Cebhe.info/