Pentaqondan Türkiyə açıqlaması – SON DƏQİQƏ

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü Rob Manning, jurnalistlərin son dövrdə baş verənlərin iki ölkə arasındakı münasibətlərə necə təsir etməsi ilə bağlı suala “Türkiyə ilə münasibətlərimizdə heç bir kəsinti yoxdur” cavabını verib.

Turkustan.info xarici mediaya istinadla bildirir ki, ABŞ, terror təşkilatları ilə yaxınlıqda və casusluqla ittiham olunan və İzmirdə ev həbsində saxlanılan keşiş Endryu Brunsonın sərbəst buraxılmaması üzərində iki Türk nazirə sanksiya qərarı almış, Türkiyədən ixrac edilən polad və alüminiuma əlavə vergi tətbiq etmişdi.