Putin dünya üçün təhlükəyə çevrildi – İngilis nazir

İngiltərənin Xarici İşlər naziri Ceremi Hant Avropa Birliyindən Rusiyaya qarşı sanksiyaların artırılmasını tələb edəcək.

Turkustan.info xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. Agentlik yeni nazirin bu həftə ABŞ-a ilk rəsmi səfərində belə bir tələblə çıxış edəcəyini yazıb.

Hantın Rusiyanın Qərbdəki seçkilərə müdaxiləsinin qarşısının alınması üçün çağırış edəcəyini bildirən agentlik, nazirin çıxış mətnindən bir hissəni paylaşıb:

“Əlbəttə, Moskva ilə əlaqə qurmalıyıq, amma cavabımızı da əsirgəməməliyik. Prezident Vladimir Putinin dövründə Rusiyanın xarici siyasəti dünya üçün təhlükəli bir hala çevrilib”.