Moskvanın mərkəzində atışma – ANBAAN GÖRÜNTÜLƏR – VİDEO

Naməlum şəxs Moskvanın mərkəzində diplomatik nümayəndəliklərin mühafizəsi üzrə alayın iki polisinə atəş açıb.

Bu haqda Daxili İşlər Nazirliyinin paytaxt idarəsinin mətbuat xidmətindən “RİA- Novosti” agentliyinə bildiriblər.

Hadisə nəticəsində polislərdən biri yaralanıb.

Polis əməkdaşları cavab atəşi açıblar, nəticədə hücum edən yaralanıb. Onun saxlanıldığı bildirilir. Fövqəladə hadisənin baş verdiyi ərazinin 500 metrliyində Filippin səfirliyi yerləşir.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

/EurasiaDiary/