Pərvin Abıyeva özündən çıxdı: “Küçə adamı… Düzəm, özüm bilərəm…”

Aktrisa Pərvin Abiyevanın sosial şəbəkədə etdiyi zarafat başına bəla olub.

Belə ki, hazırda Çində olan aktrisa bir izləyicisinin “Orada da qurban kəsirlər” sualına “Burada it kəsirlər” deyə cavab verib. Aktrisanın cavabı birmənalı qarşılanmayıb, Qurban bayramını lağa qoymaq kimi başa düşülüb. İzləyiciləri Pərvini sosial şəbəkədə tənqid etməyə başlayıblar.

Turkustan.info xəbər verir ki, aktrisa tənqidlərə belə münasibət bildirib: “Mən o kəlmələri zarafata yazdım. Çində Qurban bayramı yoxdur, ya da mən görmədim. Bu xalq it, həşərat yediyindən belə zarafat etdim. Bunu da özünü müsəlman adlandırıb, küçə adamı olanlar özünə təhqir bilib. Zarafat eləmişəm, özüm bilərəm. İndi öz səhifəmdə hansısa yaxınımla zarafat etməyim? Bunun bizim müqəddəs bayramımızla nə əlaqəsi var? Allah bilir aranızda hansı səviyyəsiz zarafatlar edirsiniz. Mən üzr istəyəsi addım atmamışam. Allahın yanında düzəm, nə məqsədlə yazdığımı bilir. Ünvanıma söyüşlər yazan xanımlar, təmiz müsəlman qadını söyüş söymür”.  /Minval.info/