Rusiyanın Mərkəzi Bankı yanır – SON DƏQİQƏ

Rusiya Mərkəzi Bankının Moskvanın Neqlinnaya küçəsində yerləşən inzibati binasında yanğın baş verib.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi məlumat yayıb.

Yanğın bu gün axşam saatlarında, binanın 4-cü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 92 nəfərdən ibarət 26 yanğınsöndürmə briqadası göndərilib. Alov 30 kvadratmetri əhatə edib. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. /Yenicag.az/