Yəhudi müğənni Azərbaycan mahnısı oxudu – Hər kəs ondan danışır – VİDEO

Sosial şəbəkələrdə yəhudi müğənninin Azərbaycan mahnısı ifa etməsi ən çox paylaşılan videoların sırasına daxil olub. 

Turkustan.info xəbər verir ki, müğənni Veronika Yaqubova “Dur gəl nazlana-nazlana” xalq mahnımızı radioların birində qonaq olarkən ifa edib.

V. Yaqubovanın ifasını eşidənlər ona təriflər yağdırıblar.

Qeyd edək ki, sözügedən mahnı Azərbaycanın bir çox dəyərli sənətkarları tərəfindən ifa edilib.

/BAKU.WS/