“Beynəlxalq Gənclik və Təhsil Platformu”nun Azərbaycan təmsilçiliyi fəaliyyətə başladı

Mərkəzi Almaniyada yerləşən “Beynəlxalq Gənclik və Təhsil Platformu” (UGEP) fəaliyyətə başladı. UGEP-in bir neçə ölkədə olduğu kimi Azərbaycanda da öz təmsilçiliyi açıldı. “Beynəlxalq Gənclik və Təhsil Platformu”nun Azərbaycan təmsilçiliyinin rəhbəri Azər Qasımzadə təyin olunub. Azər Qasımzadə təşkilatın missiyası haqqında ətraflı məlumat verib.

Onun sözlərinə görə, yaşadığımız əsrdəgənclərin problemlərinin mövcudluğu və onların həllinin əhəmiyyəti Beynəlxalq Gənclik və Təhsil Platformunun (UGEP) yaradılmasını zəruri etmişdir. “Gəncliyin problemləri ilə məşğul olan  bir çox yerli, regional və beynəlxalq təşkilatlar mövcuddur. Biz UGEP olaraq gənclərin gələcəyini təhdid edən  bu problemlərin həlli üçün təkbaşına və ya bu sahədə çalışan təşkilatlarla birlikdə çalışmağa hər zaman hazırıq.Qeyd edim ki, UGEP-də fəaliyyət göstərən gənclər işinin peşəkar olan  insanlardan seçilmişdirlər. Fəaliyyətə başladığımız gündən etibarən başda Almaniya olmaq üzrə Türkiyə, Azərbaycan və digər ölkələrdə təhsil, mədəniyyət, incəsənət sahəsində işlər həyata keçirərək, akademik toplantılar, konfranslar, sərgilər və gəzintilər  təşkil edərək gənclərimiz arasında güclü əlaqələr  qurmağı  və birlikdə hərəkət edən bir nəsil yetişməsinə töhfə verməyi, türk gəncliyini Azərbaycan, Türkiyə və Avropanın iş dünyasına ixtisaslı kadrlar kimi qazandırmağıəsas prioritet məsələ kimi qarşımıza məqsəd qoymuşuq.Birlikdə görəcəyimiz işlərin Azərbaycan gəncləri, o cümlədən, türk dünyası gəncləri üçün faydalı olacağına inanırıq.Biz, UGEP olaraq “Artıq söz gənclərindir”deyirik”.