Elmar Vəliyevi həyata qaytaran Türker Kılıç kimdir? – FOTO

Son bir sutkanın ən çox müzakirə olunan mövzusu heç şübhəsiz ki, Gəncənin icra başçısı Elmar Vəliyevin sağalıb ayağa durmasıdır. Bununla bağlı yayılan hər iki video E.Vəliyevin əməliyyat və müalicəsinin uğurlu keçdiyini göstərir. İkinci videoda E.Vəliyev onu əməliyyat və müalicə edən həkimin – professor Türker Kılıçın müşayiəti ilə sərbəst gəzir. Xatırladaq ki, bu videonu professor özü yayıb və xəstəsinin uğurla keçən müalicəsinin nəticəsini nümayiş etdirmək istəyib. Video onun çalışdığı “Medicalpark” Xəstəxanasının rəsmi səhifəsində paylaşılıb.

Turkustan.info musavat.com-a istinadən bildirir ki, Bahçeşehir Universiteti Tibb Fakültəsi dekanı olan və Medical Park Göztəpə Xəstəxana Kompleksində çalışan Prof. Dr. Türker Kılıç, xüsusən də beyin damar xəstəlikləri və beyin şişi sahəsində çalışır və qurucusu olduğu Nerocərrahiyyə Araşdırma Mərkəzi rəhbəri vəzifəsini həyata keçirməkdədir.

1966-cı ildə Bursada dünyaya gələn həkim Kılıç tibb təhslini Hacettepe Universitetində 1991-ci ildə, iş təcrübəsini isə Marmara Universiteti Nerocərrahiyyə fakültəsində 1997-ci ildə tamamlayıb.

Harvard Universitti Brigham and Women’s Hospital və Dana-Farber Xərçəng İnstitutundakı Neroonkologiya ali ixtisasını 1998-ci ilin dekabrında, anatomiya üzrə doktorluq dərəcəsini isə Marmara Universiteti Anatomiya bölümündə, 2000-ci ilin fevral ayında tamamlayıb.

Türkiyə Elmlər Akademiyasına (TÜBA) 2007-ci ildə seçilən Kılıç, tibb fakültəsi tələbələri (MİSC) tərəfindən Araşdırma Mükafatı və Hacettepe Universiteti üstün müvəffəqiyyət mükafatına layiq görülüb.

Dr. Türker Kılıç, Avropa Nerocərrahiyyə sertifikatını 1997-ci ildə alıb və 1992-ci ildə Almaniyada transcranial doppler ultrasonography klinika təhsilini, 1995-ci ildə isə İsveçdə Gamma-Knife şüa cərrahiyyə təhsilini tamamlayıb.

Elmi araşdırmaları 1999-cu ildə Avropa Nerocərrahiyyə Dərnəkləri Birliyinin (EANS) “Ən dəyərli araşdırma mükafatı”na, 2001-ci ildə Amerika Nerocərrahiyyə Dərnəkləri Birliyinin (AANS) “Neroonkoloji Gənc Araşdırmaçı Mükafatı”na layiq görülüb.

Həkim Kılıç, Marmara Universiteti Tibb Fakültəsi tələbələri tərəfindən 2000-ci ildə “Araşdırmaya ən çox təşviq edən müəllim” seçilib. Yenə 2000-ci ildə Türkiyə Beyin Araşdırmaları Dərnəyi, elmi araşdırma mükafatını, 2001 və 2002-ci ildə isə Türk Nerocrrahiyyə Dərnəyi Elmi Araşdlrma Mükafatlarını qazanıb və 2002-2005-ci illər arasında TÜBA-GEBİP bursuna layiq görülüb.

Elmi işləri 2005-ci ildə Amerika Nerocərrahiyyə Dərnəkləri Birliyinin (AANS) Ən Dəyərli ABŞ-xarici Elmi Fəaliyyət Mükafatını qazanıb. Kılıç, 1997-1998 illərində Harvard Universitetində beyin xərçənglərindən olan astrositomlarla bağlı fəaliyyət göstərib. Kliniki araşdırmaların sonunda üzərində çalışılan molekul dərman halına gəlib və günümüzdə bəzi beyin xərçənglərinin müalicəsində istifadə edilir.

Təmsil olunduğu Molekulyar Nerocərrahiyyə Laboratoriyası bir çox fərqli qurumdan 20-yə yaxın mükafat və dəstək alıb. İçərisində 3000-yə yaxın nümunənin qorunduğu bir şiş bankı olan laboratoriyada beyin-damar xəstəlikləri və neroonkoloji sahələrində beynəlxalq-ortaq layihələr həyata keçirilməkdədir.

Dr. Kılıç, beyin şişiləri və damar xəstəliklərinin molekulyar patogenezi sahələrində araşdırmalarını hələ də davam etdirir. O, 2009-cu ilin aprel ayından etibarən Marmara Universiteti Neroloji Elmlər İnstitutu rəhbəri vəzifəsini üzərinə götürüb və 2009-cu ilin dekabr ayında professor mərtəbəsinə yüksəlib. Professor çoxlu sayda universitetə dəvət edilib və orada müvəqqəti də olsa, müəyyən vəzifələri icra edib.

2010-cu ildə AANS (Amerika Beyin Cərrahları Birliyi) toplantısına Türkiyədən elmi müraciəti qəbul edilən yeganə beyin cərrahı olub.

2012-ci ildə Medical Park Göztepe Xəstəxana Kompleksində vəzifəyə başlayıb.

Ailəlidir, 20 yaşında Dəniz və 13 yaşlı Irmak adlı iki qızı var.