Oğru qadını soyundurub cəzalandırdılar – VİDEO

Bazarda bir neçə nəfərin pulunu oğurlayaraq qaçmağa çalışan qadın qəzəbli kütlənin əlinə keçib.

Turkustan.info-nun məlumatına görə, hadisə avqustun 14-də Özbəkistanın Əndican vilayəti Şəhrixan rayonunda baş verib.

Bildirilir ki, əvvəllər də oğurluğa görə məhkum edilmiş qadın bazarda bir satıcının 192 min, alıcının 270 min sum, başqa bir satıcının isə mobil telefonunu və 30 min sum pulunu oğurlayıb.

Qadının son oğurluğunu görən bazardakılar onu saxlayıb polisə təhvil vermək istəsələr də, qadın qaçmağa çalışıb. Bu zaman kanala düşən qadının paltarı isə təqibçilərin əlində qalıb.

Ancaq sahə müvəkkili qadını yaxalayaraq bölməyə aparıb.