Rektor qəbul prosesini izlədi

Avqustun 16-dan etibarən Azərbaycan İlahiyyat İnstitununa qəbul olunmuş tələbələrin qeydiyyat prosesinə başlanılıb.  

Turkustan.info xəbər verir ki, 2018/2019-cu tədris ilində birinci kurs tələbəsi olacaq şəxslər tələb olunan sənədləri İnstitututa təqdim edərək qeydiyyatdan keçirlər.

Bu gün Azərbaycan İlahiyyat İnstitunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qəbul prosesini izləyib. O, sənədlərin qeydiyyatı prosesinin gedişi ilə tanış olub, qəbulu aparan Aİİ nümayəndələri ilə söhbət edib.

C.Məmmədov qəbula gələn valideynlərlə də görüşüb, övladlarının Aİİ tələbəsi adını qazanması münasibətilə onları təbrik edib, yeni tədris ilində uğurlar arzuayıb.

C.Məmmədov qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi din sahəsinə də böyük qayğı var. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu qayğının təzahürüdür. 

Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycan İlahiyyat İnstitunun Dinşünaslıq ixtisası üzrə 22 nəfər, İslamşünaslıq ixtisası üzrə isə 30 nəfər qeydiyyatdan keçib. Beləliklə Dinşünaslıq ixtisası üzrə qəbul olunan bütün tələbələr artıq qeydiyyatdan keçmiş sayılırlar. İslamşünaslıq ixtisası üzrə isə prosesin yekunlaşması üçün son 5 nəfər qeydiyyatdan keçməlidir.   Qeyd edək ki, həftə sonu və qeyri-iş günü olmasına baxmayaraq Azərbaycan İlahiyyat İnstitutu – 25-26 avqust tarixlərində də qeydiyyat prosesini təşkil edib. Ümumilikdə, Aİİ-də qeydiyyat prosesi sentyabrın 3 – dək aparılacaq.

Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında qurulmuş yeni institutdur.

İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunacaq. Eyni zamanda Aİİ-də tələbələr ingilis, ərəb, klassik ibrani, sanskrit, klassik yunan, latın, rus və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdir.