Bəylər Əyyubov məşhur idmançı ilə görüşdü – FOTO+VİDEO

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin birinci müavini-Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubov dünya şöhrətli idmançı, Azərbaycan karateçisi, 5 dəfə dünya, 10 dəfə Avropa çempionu Rafael Ağayevi qəbul edib.

Turkustan.info məlumatına görə, bu barədə Rafael Ağayev şəxsi Instagram hesabında yazıb: “Hörmətli general-polkovnik Bəylər Eyyubova səmimi qəbul üçün təşəkkür edirəm! Mən həmişə idmanda və eləcə də idmandan kənarda etimadı doğrultmağa çalışıram!”

Rafael Ağayevin Azərbaycana ikinci medal qazandıran çıxışını təqdim edirik

Femida.az

 

33 Baxılıb