SON XƏBƏR

Azərbaycanlı mafiya lideri İstanbulda belə SAXLANILDI – VİDEO

İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan azərbaycanlı “mafiya lideri” Ənbər Sadıxov dünən gecə İstanbulda həbs edilib.

Turkustan.info xəbər verir ki, İstanbul polisinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Şöbəsinin əməliyyatçıları Fatihdəki otellərdən birində əməliyyat keçirib. Otelə basqın zamanı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən mütəşəkkil qruplaşma lideri olmaqda, dələduzluq və digər cinayətlərdə ittiham olunaraq İnterpol xətti ilə axtarışa verilən Sadıxov saxlanılıb.

Sadıxov Azərbaycana ekstradisiya ediləcək. O, 3 fərqi cinayətə görə axtarılırmış. Qeyd edək ki, saxlanılan şəxsin ötən il Maltəpə həbsxanasından Ərzurum həbsxanasına aparılarkən yolda qaçdığı da üzə çıxıb. O, 2017-ci ildə Türkiyədə soyğunçuluq cinayətinə görə həbs edilib.  /Minval.İnfo/

 

paylaş