Bakıda ər arvadı ilə qayınanasını bıçaqladı – Biri öldü, digəri isə…

Bakıda yeznə arvadı və qayınanasını bıçaqlayıb.

Turkustan.info-nun verdiyi xəbərə görə, hadisə  Nərimanov rayonunda, “Çermet” adlanan ərazidə baş verib.

Arvadı ilə mübahisə edən kişi ailə münaqişəsi zəminində ona və qayınanasına çoxlu sayda bıçaq zərbəsi vurub. Onun qayınanası xəstəxanaya aparılarkən yolda vəfat edib, arvadının isə vəziyyəti ağır olaraq qalır. Onların birgə nikahdan 3 aylıq uşağı var.

Qətli törədən yeznə saxlanılıb. Ailə üzvlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Nəriman Rayon Polis İdarəsindən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. /Qafqazinfo/