Bel yırtıqlarını müalicə etməyə ehtiyac yoxdur!

Hətta güclü ağrılara səbəb olan fəqərə arası yırtıqların əksəriyyəti heç bir müalicə tələb etmir və öz-özündən sovrulub gedir.

Turkustan.info xəbər verir ki, bu haqda tanınmış ukraynalı həkim Ulyana Suprun məlumat verib. Həkim qeyd edib ki, bu təbii prosess “rezorbsiya” adlandırılır.

Həkim qeyd edib ki, fəqərə arası yırtıqları olan xəstələrə tez-tez əməliyyatlar təyin olunur. Lakin həkimin fikrinə görə, onurğa sütünu üzərinə aparılan belə əsasssız əməliyyatlar xəstəyə nəinki xeyir gətirir, hətta ziyan vurur.

Həmçinin həkim fəqərəarası disklərinin müxtəlif qeyri-ənənəvi müalicə metodikalarına da şübhə ilə yanaşdığını qeyd edib.

Ulyana Suprunun sözlərinə görə, tibbi statistika göstərir ki, bel yırtıqlarının əksəriyyəti özü özündən yox olur. Ümumiyyətlə isə hər 3 yırtıqdan biri əməliyyatsız sovrulur.

Böyük Britaniyada aparılan araşdırmalar zamanı məlum olub ki, fəqərəarası yırtıqlar 80%-dən çox hallarda özü özündən yox olur. Bu prosess üçün 3 aydan 12 aya qədər vaxt tələb oluna bilər.

Mütəxəssislər yırtıqların müalicəsini konservativ üsullarla aparılmasını tövsiyə edir. Bu zaman iltihabəleyhinə və ağrıkəsici preparatlar, korsetlər, xüsusi məşğələlər, çox güclü ağrılar zamanı epidural “blokada”lar istifadə oluna bilər. Yalnız 5% hallarda əməliyyata ehtiyac yarana bilər /Saglamolun.az/