Cəlilabadda DƏHŞƏT: 86 yaşlı ananın başını kəsdilər, qızını isə boğub öldürdülər – TƏFƏRRÜAT

Məlumata görə, ana və qızı həmin evdə tək yaşayırmış, qətlə yetirilən Firuzənin oğlu Qiyas isə bir neçə il əvvəl xəstəlikdən vəfat edib. Qızı Sənubər isə ailə həyatı qurmayıb.

Qətli törətməkdə şübhəli bilinən kənd sakini, ailənin qonşusu “Cıkma” ləqəbi ilə tanınan Yaşar Bayramov saxlanılıb. “Cıkma” uzun illər əvvəl mərhumun oğlu Qiyası bıçaqlayaraq yaralayıb. Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib. “Cıkma” isə həbsdən çıxdıqdan sonra Qıyası öldürəcəyini bildirib. Lakin onun azadlığa çıxdığı gün Qiyas xəstəlikdən vəfat edib.

İlkin ehtimala görə, Yaşar Bayramov ailə üzvlərini qisas məqsədi ilə öldürüb. 86 yaşlı Firuzə Əskərovanın başını kəsərək tövləyə aparıb.

Y. Bayramov Bakıda daş karxanasında işləyirmiş, iki gün əvvəl kəndə qayıdıb. Dünən isə mərhum Firuzə Əskərova ilə mübahisəsi yaranıb.

***

Cəlilabad rayonunun Qarazəncir kəndində baş verən dəhşətli qətlin bəzi məqamları məlum olub.

Adının açıqlanmasını istəməyən mənbənin Publika.az-a verdiyi məlumata görə, 1932-ci il təvəllüdlü Əsəgərova Firuzə Mahmud qızı və qızı 1974-cü il təvəllüdlü Əsgərova Sənubər Ağahüseyn qızı ağır xəstə olduqları üçün kənd camaatı ilə çox ünsiyyətdə olmayıblar:

“Hadisə dünən olub. Elə yaşdıqları evdə hər ikisini öldürüblər. Anasının başı kəsilib, tövləyə atılıb. Qızı isə evdə boğublar. Boğazında kəndir izləri olub. Qız özü xəstəliyinə görə birinci qrup əlil idi. Ailənin elə çox imkanı da olmayıb ki, pula görə öldürsünlər. Normal dolanırdılar. Evlərinə çox gələn-gedən də olmazdı. Elə bu gün səhər saatlarında camaat ətrafa yayılan iydən şikayət edib. Aidiyyəti orqanlar hadisə yerinə gələndə məlum olub ki, cinayət olub”.

Mənbənin verdiyi məlumata görə, hadisənin tam olaraq hansı səbəbdən törədildiyi məlum deyil.

Hadisəni törətməkdə şübhəli bilinən Bayramov Yaşar Qayıb oğlu adlı şəxs polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

***

Cəlilabad rayonu, Qarazəncir kəndində ana və qızı qətlə yetirilib.

Hadisə vaqustun 29-u gecə saatlarında baş verib. 86 yaşlı Firuzə və qızı 46 yaşlı Sənubər yaşadıqları evdə qətlə yetiriliblər.

Hadisəni törədən şəxs və ya şəxslər Firuzənin meyitini evin arxasında doğrayaraq tövlədə gizlədiblər. Qızı Sənubərin meyiti isə evin içindən tapılıb.

Hazırda polis və prokuorluq orqanlarının əməkdaşları hadisə yerindədirlər. Araşdırma aparılır. (qafqazinfo)