“Qarabağ” üçün son şans

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Turkustan.info-nun xəbərinə görə, Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Moldovanın “Şerif” komandasını qəbul edəcək.

Matçın start fiti saat 21:00-da səslənəcək. Komandalar arasında Moldovada keçirilən ilk görüş “Şerif”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu oyun “Qarabağ”ın 2018/2019-cu illər mövsümündə avrokublarda çıxışını davam etdirmək üçün son şansıdır.  /Oxu.Az/