Türkiyədən NATO-nu sevindirən S-400 açıqlaması

Binəli Yıldırım Bakıdan bəyanat verdi: “Bu onalr üçün təhdid deyil”

“Alacağımız S-400 sistemləri heç zaman NATO ölkələri üçün təhdid deyil”. Turkustan.info-nun məlumatına görə, bu sözləri Bakıya səfəri zamanı İTV-yə – tanınmış telejurnalist Anar Yusifoğluna ekskülziv müsahibəsində Türkiyə parlamentinin spikeri Binəli Yıldırım deyib. 

Türkiyə-Azərbaycan münasibətlərinin tək kəlmə ilə möhtəşəm olduğunu bildirib. “Bizim kədərimiz də, sevincimiz də birdir. Ölkələrimizin, xalqalarımızın rifahı üçün hər iki dövlətin rəhbərliyi, parlamentləri yaxından əməkdaşlıq edir. Bunu daha da inkişaf etdirəcəyik”. Çox böyük layihələr gerçəkləşdirəcəyik”.

Yıldırım bölgənin kritik bir zamandan keçdiyini də qeyd edib. Bunun üçün də Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməyə məcburdur. O, ölkəsinin Rusiyadan aldığı S-400 raket kompleksini də bu niyyətlə əldə etdiklərini deyib.

“Təhlükəsizliyi təmin etmək üçün isə təsirli müdafiə sisteminə ehtiyac var. Biz NATO ölkəsiyik. İstəyərdik ki, ehtiyaclarımızı başqa NATO ölkələrindən əldə edə bilək. Ala bilmədik, bunun üçün də tədbirimizi gördük. ABŞ, başqa NATO ölkələri versəydi bu yolu seçməzdik. Bundan ehtiyac yaranarsa diqqət yayındırmaq məqsədi ilə istifadə ediləcək. Xüsusi ilə cənub sərhədlərimizdən gələn raketləri dayandırmaq üçün. Türkiyənin bundan başqa niyyəti ola bilməz”.

Keçmiş baş nazir bildirib ki, Yunanıstan da NATO ölkəsidir və bu sistemdən əldə edib. Ona heç nə demirlər. Türkiyədən isə hesab istəyirlər. Türkiyə heqomon dövlətdir və verdiyi qərarlarən arxasında dayanır. 

88 Baxılıb