1 ədəd yeyənə 300 dollar veriləcək: Üstəlik pulsuz müayinə və müalicə – FOTOLAR

Əgər özünüzdə bu əlamətlərdən hər hansı birini və ya bir neçəsini davamlı olaraq müşahidə edirsinizsə, mütləq mütəxəssisə müraciət edin.

Elm adamları araşdırma aparmaq üçün çox zaman sınaqlara ehtiyac hiss edir. 

Kaliforniya Universitetində aparılacaq bir araşdırmada iştirak etmək üçün isə 250 nəfərə ehtiyac var. Onlar gündə ancaq bir avakado yeməklə 300 dollar mükafat ala bilərlər. 

Turkustan.info xəbər verir ki, Loma Linda, Penn State, Tufts və Kaliforniya Üniversitetində araşdırma aparan qrupun açıqladığı mükafat siyahısı diqqəti çəkib. 

Mütəxəssislər hesab edirlər ki, avakado yemək orqanizm üçün olduqca xeyirlidir. Bunu sübut etmək üçün isə sınaqda iştrak edəcək insanlara ehtiyac var. Təbii ki, sınaqlar pulsuz olmayacaq və bir avakado yeyərək araşdırmada iştirak edən şəxsə 300 dollar ödəniləcək. 

Araşdırma avakadonun daxili orqanlarda piylənməyə səbəb olub-olmadığını öyrənmək məqsədi daşıyır. 

Sınaqda iştirak edən hər kəsə 2 il boyunca pulsuz müayinə və müalicə imkanı da veriləcək. Üstəlik özləriylə aparmaq üçün 24 avakadonu da pulsuz alacaqlar.   /Cebhe.info/