Qiyamətlə bağlı yeni SSENARİ: Bu dəfə universitet mütəxəssisləri açıqladı

Qiyamətlə bağlı yeni ssenarilər ortaya atılıb. Budəfəki ssenari Prinston Universitetinin nümayəndələrinə məxsusdur. 

Turkustan.info xəbər verir ki, onların fikrincə, bizim planeti qara dəlik uda bilər və bundan nicat  yoxdur.
 
“Newsweek” portalında yer alan məlumata görə, qravitasiya dalvalarının toqquşması nəticəsində qara dəliyin yaranma ehtimalı var. Onların mövcudluğu barədə isə hələ Eynşteyn də xəbər vermişdi. 

Dahi fizikin hipotezini Avropa və ABŞ-dan olan mütəxəssis qrupu 2016-cı ildə uzunsürən araşdırmadan sonra təsdiqlədi.

İndi isə mütəxəssislər belə hesab edir ki, bu dalğalar böyük olarsa, onların toqquşması qara dəliyin yaranması ilə nəticələnər. 

Prinston Universitetinin mütəxəssisləri yeni qiyamət  (Apokalipsis) tarixini dəqiq açıqlamayıb.  /Cebhe.info/