Ay: Sentyabr 2018

Separatçı liderin ölüm anı – VİDEO yayıldı

Ukraynanın Donetsk şəhərində yerləşən “Separ” kafesində baş vermiş partlayışın kadrları yayılıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, partlayış avqustun 31-də baş verib və Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko həmin partlayış zamanı ölüb. Kadrlardan görünür ki, Zaxarçenkonun korteji kafeyə yaxınlaşır. Əvvəlcə mühafizəçilərdən biri zalı yoxlamaq üçün kafeyə girir. Daha sonra isə Zaxarçenkonun […]

“Böyük Kürdüstan“a „Böyük Ermənistan“dan terror dəstəyi…

Səməndər Çaxmaqlı Dünyada əsasən 3 millətin heç vaxt kiçik, ən azından muxtar vilayət səviyyəsində olsa belə, özünəməxsus rəsmi dövlətləri olmamışdır. Bunlar ermənilər, yəhudilər və kürdlərdir. Bu millətlər əsrlər boyu ayrı-ayrı imperiyaların, böyük dövlətlərin tərkibində azsaylı millətlər kimi pərakəndə halda məskunlaşmışlar. Onlar hər hansı bir ərazidə kompakt formada yaşamadıqlarına və tez-tez […]

“Fəcr” surəsində işarə olunan “ON GECƏ”də məqsəd nədir? – And olsun on gecəyə… 

Qurani Kərimdə bir çox yerdə “and” ayələri mövcuddur. Bunlardan biri də Fəcr surəsinin əvvəlində zikrolunan ayələrdir: – And olsun dan yerinə   .وَالْفَجْرِ – And olsun on gecəyə  .وَلَيَالٍ عَشْرٍ Turkustan.info islaminsesi.info-ya istinadən bildirir ki, təfsirçilər bu ayə ilə bağlı çox fikirlər bildirmişlər. Ən münasibi isə budur ki, “fəcr” deyilərkən bütün […]

İlinə 10 milyon qazanır, işlətdiyi telefona bax – FOTO

Xorvatiya millisinin və “Real”ın ulduz futbolçusu Luka Modriçin işlətdiyi telefonla diqqət mərkəzinə düşüb. Turkustan.info xəbər verir ki, onun köhnə model “Iphone 5S” işlətməsi təəccüblə qarşılanıb. Qeyd edək ki, ardıcıl 3 il Çempionlar Liqasının qalibi olan Modriç bir neçə gün əvvəl “Ballon d’or”a sahib çıxıb. Onun illik qazancı 10 milyon avrodur. […]

Müəllimədən kişilərə qarşı AĞLASIĞMAZ ƏMƏL: Polis mayoru ilə danışdı və… – Azərbaycanda ŞOK

Yevlax rayon sakinləri1977-ci il təvəllüdlü Mübariz Nağıyev və 1984-cü il təvəllüdlü Aysel Nurəddinova qabaqcadan əlbir olаraq hədə qorxu ilə pul tələb etməkdə təqsirli biliniblər. Turkustan.info xəbər verir ki, onlar zərərçəkmiş şəxsi haqqında rüsvayedici məlumatlar yayacaqlаrı ilə hədələyiblər. 13 may 2015-ci ildə, saat 13 radələrində Tərtər rayonu ərazisində yerləşən avtomobil bazarının yaxınlığındakı […]

Vay, kameraya düşdüm: Saray qəsəbəsində oğrunun həyətə girmə anı – VİDEO

Sosial şəbəkələrdə bir oğrunun həyət evinə girmə anının görüntüləri yayılıb. Turkustan.info xəbər verir ki, hadisənin Abşeron rayonunun Saray qəsəbəsində qeydə alındığı bildirilir. Əvvəlcə küçədə var-gəl edən oğru bir qədər sonra hasardan aşaraq həyətə daxil olur. Həyətdə müəyyən qədər vurnuxduqdan sonra isə evə yaxınlaşır. Amma burada qəfildən kameranı görür və üzünü […]

Ziyalılar Musa Yaqubu evində ziyarət etdi – FOTO

Tanınmış alim Rafiq Əliyev, rejissor Ramiz Mirzəyev, şairlər Rüstəm Behrudi, Ramiz Rövşən və media eksperti Qulu Məhərrəmli uzun müddətdir xəstəlikdən əziyyət çəkən şair Musa Yaqubu ziyarət ediblər. Turkustan.info xəbər verir ki, bu barədə Qulu Məhərrəmli “facebook” səhifəsində məlumat yayıb. “Bütün günü İsmayıllıda – Buynuzda olduq. Dostlarla böyük şairimiz Musa Yaquba baş çəkdik, […]

Dəvə əti haqqında bilmədiklərimiz

Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti qədim zamanlardan əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılıb. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır.  Turkustan.info bildirir ki, […]

Psixoloq: “Boşanma qadını da, kişini də xilas edir”

Psixoloq Azad İsazadə deyir ki, boşanmaların səbələrini təkcə mənfi əməllərdə axtarmaq doğru deyil. Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər.  Turkustan.info bildirir ki, psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, nikahların kritik periodları var: “Dünya statistikasına görə o period nikahdan […]

Təbii fəlakət ölkəni viran qoydu: 832 ölü – FOTOLAR

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və  Sunami qurbanlarının sayı artır. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki,  təbii fəlakətdən sonra ölənlərin sayı 832-yə çatıb. Rəsmilərin məlumatına görə zəlzələ qurbanlarının sayı arta bilər. Ölənlərdən 405-inin şəzsiyyəti müəyyən edilib. Fəlakət bölgəsi ilə rabitə əlaqəsi kəsilib. Zəlzələdən sonra torpaq sürüşməsi də baş […]

Azərbaycanda siqaretin qiyməti kəskin qalxdı – Qiymətlər

Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti bahalaşıb. Belə ki, bu gün günorta saatlarından başlayaraq marketlərdə və köşklərdə pərakəndə satılan siqaretlərin qiyməti qalxıb. Turkustan.info bildirir ki, Sputnik Azərbaycan-ın marketlərdə müşahidə aparan əməkdaşı xəbər verir ki, məsələn, “LD” markalı siqaretlərin qiyməti 30 qəpik, “Sobranie” markalı siqaretlərin qiyməti 50 qəpik, “Kent”lərin qiyməti 30-40 […]

Britaniya Norveçə hərbi qüvvə göndərir: Rusiya təhlükəsi

Böyük Britaniya yeni Arktika strategiyası çərçivəsində Norveçdə 800 dəniz piyada və xüsusi təyinatlısı yerləşdirəcək. Turkustan.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə naziri Qevin Uilyamson danışıb. Məlumata görə, Britaniyanın sözügedən addımına səbəb bölgədə rus sualtı qayıqlarının aktivləşməsi olub. “Biz Rusiya sualtı qayıqlarının Soyuq müharibə illərindəkinə çox yaxın şəkildə aktivləşməsini görürük. […]

İşə getmədən ildə 800 min qazanmaq olar – Yeni model

Fərqli ölkələrdəki savadlı və öz peşəsində uğur qazanmış insanları tapıb, uzaqdan çalışma modeli ilə heyət quran “Krossover” şirkətinin maraqlı strategiyası var. Turkustan.info xəbər verir ki, işçi sayını ikiqat artırmağı planlaşdıran şirkət illik 800 min dollara qədər gəlir vəd edir. İnkişaf edən bulud texnologiyaları ilə birlikdə dünyada yeni bir iş modeli ortaya […]

Bakıda avtoxuliqanlıq edən YPX işçiləri – VİDEO

28 sentyabr tarixində 23:30 radələrində paytaxtın “Neftçilər” prospektində son zamanlar adları daha çox ən adi manevr etmə qaydası pozan sürücüləri “avtoxuliqanlıqda” ittiham etməkdə hallandırılan Nəsimi rayonu DYP idarəsinə məxsus iki xidməti avtomobil videoregistratorun görüntülərinə düşüb. Turkustan.info avtosfer.az-a istinadən xəbər verir ki, dövlət qeydiyyat nişanı görünməyən ilk avtomobil qaydaları pozsa da […]

Daha iki şirniyyat satışdan çıxarıldı, bu məhsullar bahalaşdı – SİYAHI

Son 1 ayda ölkədə çay məhsullarının qiyməti bahalaşıb. Turkustan.info “Qaynarinfo”ya istinadən xəbər verir ki, qiymət artımı məhsulların növlərinə görə 20 qəpik-1 manat arasında dəyişib. A4 kağız satışı ilə məşğul olan firmalar da mağaza sahiblərinə qiymətin yaxın günlərdə 0,80-1 AZN arası bahalaşacağı barədə xəbərdarlıq ediblər. Mağaza sahiblərinin sözlərinə görə, “Snickers” və “Bounty” […]

İnanma, desələr sönübdü, Bəhmən…

Heçlikdən varlığa dönübdü Bəhmən.. Səmadan torpağa enibdi Bəhmən.. İnanma, desələr sönübdü, Bəhmən, Əbədi məşələm, yanıram, ayə… Bəhmən Vətənoğlunun Əli Qurban Dastançıya məktubundan.  Yusif Hüseyn Şair-tədqiqatçı, AYB üzvü “Qızıl Qələm” mükafatı laureatı BU GÜN HƏMİŞƏYAŞAR ŞAİR BƏHMƏN VƏTƏNOĞLUNUN ANIM GÜNÜDÜR 14 il bundan əvvəl 30 sentyabr 2004 cü il tarixdə dünyasını […]

General 180 min rüşvət verən polkovniki işdən çıxardı

Adı məhkəmə qalmaqalında hallanan polkovnik işdən çıxarılıb. General polkovniki vəzifədən azad edərək sərəncama götürüb. Turkustan.info-nun əldə etdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Rəsul Quliyev vəzifəsindən azad edilib. Rəsul Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov […]

İnsanda siçan virusu aşkarlandı – İlk dəfə

Honkonqdan olan şəxs siçanda olan virusa yoluxmuş ilk insan olaraq tarixə keçib. Turkustan.info “Medical Xpress”ə istinadən xəbər verir ki, 56 yaşlı kişi siçanlarda müşahidə edilən Hepatit E virusuna yoluxub. Siçanlarda aşkar edilən Hepatit E virusu ilə insanlarda tapılan Hepatit E arasında ciddi fərqlər var. Lakin bildirilir ki, virus birbaşa siçandan […]

Ürək üçün ən faydalı payız tərəvəzi

Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər mütləq balqabaq yeməlidir. Alimlər sübut edir ki, balqabaq ürək və damarlar üçün ən faydalı payız tərəvəzidir. Balqabaq ürəyin funksiyalarını yaxşılaşdırır və ürəyi möhkəmləndirir, kaliumun sayəsində orqanizmi artıq mayedən azad edir. Balqabaq aterosklerozdan müdafiə edən ən faydalı tərəvəz sayılır. Balqabağın əti və tumları damarların divarlarının vəziyyətini […]

NASA təhlükıli asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq edib

ABŞ-ın Kosmik Agentliyi NASA Yer kürəsinə “SP1” asteroidinin yaxınlaşması barədə xəbərdarlıq edib. Turkustan.info-nun “Daily Express”ə istinadən verdiyi məlumata görə, asteroidin dəqiq ölçüsü hələlik bilinməsədə, onun 70-140 metr uzunluğunda ola biləcəyi məlumdur. Bildirilir ki, asteroid məşhur Biq Bendən böyük ola bilər. Məlumata əsasən, “SP1” asteroidi saatda 60 min kilomtrə yaxın sürətlə […]

Kişilərdə impotensiyanın ilkin əlamətləri və səbəbləri

Əgər bir kişidə potensiya, cinsi zəiflik başlayarsa, o, özünə qapılıb, dərdini heç kimə deməz, yaxın dostundan başqa. Turkustan.info medicina.az-a istinadən bildirir ki, çox kişilər bununla barışmaz, etiraf etməz, hətta müalicədən də imtina edər. Sadəcə aptekə girib, mövcud olan dərmanları atmaqla guya düzələcəyinə ümid edər. Latıncadan “potentia” – güc, qüvvə kimi tərcümə […]

Kürəkdə sızanaq əmələ gəlməsinin səbəbləri

Bu gün civzə ən geniş yayılmış dəri problemlərindən biridir. Yetişkənlik dövründə əksəriyyətimiz üzdə və bədənin müxtəlif nahiyələrində sızanaq və cizvə problemi ilə üzləşirik. Lakin bu, bəzi insanlarda yetkinlikdən də sonra da müşahidə oluna bilər. Əgər sızanaq problemini müalicə etməsəniz, onlardan sonra dəridə çapıqlar və ya tünd ləkələr hələ uzun müddət […]

“Dollardan imtina edilməsi ABŞ-ı zəiflədəcək” – Lavrovdan ABŞ-a gözdağı

Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə ölkənin ABŞ dollarından imtina etməsinin ABŞ-ı zəiflədəcəyini bildirib. Turkustan.info DHA-ya istinadən xəbər verir ki, Lavrov ABŞ-ın qlobal valyuta və maliyyə sistemində dollardan sui-istifadə etdiyi üçün digər ölkələrin də qabaqlayıcı tədbirlər gördüyünü söyləyib: “Gələcəyini düşünən bütün ölkələr bu asılılıqdan çıxmaq üçün yollar axtarmağa […]

“Ərəb NATO”su yaradılır, amma kimə qarşı?

Bu hərbi alyansın əsas missiyası bölgədə İrana qarşı mübarizə aparmaq olacaq  ABŞ dövlət katibi Mayk Pompeo Bəhreyn, Misir, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə görüşüb. Turkustan.info “Haber7″ə istinadla xəbər verir ki, görüşdə Yaxın Şərq Strateji Alyansı (MESA) adlı yeni hərbi blokun yaradılması […]

Arıqlamaq istəyənlərin diqqətinə: Hər gün bu yeməyi yeyin

Oksford Universiteti (Böyük Britaniya) alimləri arıqlamaqla bağlı yeni araşdırma aparıblar. Turkustan.info “BMJ jurnalı”na istinadən xəbər verir ki, araşdırma nəticəsində “duru pəhriz”in arıqlamaq üçün ən yaxşı üsul məlum olub. Bu pəhrizin əsasını müxtəlif şorbalar təşkil edir. Belə ki, araşdırmada piylənmədən əziyyət çəkən 278 pasiyent iştirak edib. 8 həftə ərzində onlar “duru pəhrizə” […]

Şəhərdə həkim xəstəni “ipoteka” sözünə görə döydü

Sumqayıt şəhərində diş həkimi xəstəsini döyüb. Turkustan.İnfo xəbər verir ki, Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Sərvər Qüdrət oğlu Abışov adı hələlik istintaqa məlum olmayan diş həkimi tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib. Yaralı diş həkimindən ona kreditlə (hissə-hissə ödəməklə) diş qoymasını tələb edib. Ancaq “kredit” əvəzinə “ipoteka” kəlməsini işlədib. Bu da […]

Kişilərdə olan bu hallar XƏRÇƏNG ƏLAMƏTİDİR – MÜTLƏQ OXUYUN!

Xərçəng xəstəliyinin əlamətləri müxtəlif ola bilər. Bu əlamətləri vaxtında təyin etmək xəstəliyin təhlükə riskini azalda bilər. Turkustan.info Publika.az-a istinadən bu yazıda oxucuları kişilərdə rast gəlinən xərçəng əlamətləri ilə tanış edir: Testislərdə dəyişikliklər Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal […]

Türkiyə ordusu ağır itki verdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında aparılan hərbi əməliyyat zamanı ağır itki verib. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, hərbi əməliyyatlar zamanı Türkiyə ordusunun 1 əsgəri şəhid olub. Daha 4 hərbçi isə yaralanıb. Baş Qərərgahdan edilən şərhdə də Şimali İraqdakı əməliyyatlarda əl istehsalı bir partlayıcı qurğunun partlaması nəticəsində bir əsgər öldüyü […]

İranda yüzlərlə insan spirtli içkidən zəhərlənib, 24 nəfər ölüb

İranın bir neçə vilayətində yüzlərlə insan spirtli içkidən zəhərlənib. Bu barədə ISNA agentliyi xəbər verib. Fövqəladə xidmətlərin nümayəndəsinə istinadən yayılan məlumata görə, Şimali Xorasan, Hürmüzqan, Kohqiluyə və digər vilayətlərdə spirtli içkidən 290 nəfər zəhərlənib. Onlardan 24-ü ölüb. Qeyd edilir ki, ölkədə spirtli içkidən istifadə qanunla qadağan edilib.   /faktor.az/

Qarabağ mitinqində kimlər iştirak etdi? – Rəsmi

Bu gün bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Turkustan.info xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, saat 15.00-dan 17.00-dək […]

Azərbaycanda siqaretin qiyməti QALXDİ

Satıcılar bunu topdansatış bazalarında qiymətlərin qalxması ilə izah edirlər Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti bahalaşıb. Belə ki, bu gün günorta saatlarından başlayaraq marketlərdə və köşklərdə pərakəndə satılan siqaretlərin qiyməti qalxıb. Turkustan.info bildirir ki, A24.Az-ın marketlərdə müşahidə aparan əm əməkdaşı xəbər verir ki, məsələn, “LD” markalı siqaretlərin qiyməti 30 qəpik, […]

Qarabağ mitinqinin iştirakçı sayı ilə bağlı RƏSMİ AÇIQLAMA

Sentyabrın 29-da bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib. Bu haqda Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan […]

Qarabağla bağlı mitinq heç nəyi həll etmir – Deputat

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti qarşısında duran proritet məsələdir və dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə qətiyyətli siyasət aparılır. Turkustan.info bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, Azərbaycan dövləti bu istiqamətdə hər zaman qəti mövqe nümayiş etdirir və münaqişənin yalnız […]

“Paşinyana tənqidi münasibət bəsləsə də… ” Politoloq Putinin Azərbaycana səfərini şərh etdi

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və verdiyi açıqlamalar nə ilə yadda qaldı? Turkustan.info xəbər verir ki, bu sualı politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edib. Poliq bildirib ki, birincisi, Rusiya prezidenti Vladimir Putin Azərbaycana sentyabrın 25-də gəlməli idi, ancaq iki gün sonra gəldi: “Bundan başqa səfərin 3 gün […]

Zakir Həsənov ordu rəhbərliyini topladı

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 29-da Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də, videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə […]

İlham Əliyevlə Paşinyanın danışığı nəyi dəyişəcək? – Sabiq nazirin ŞƏRHİ

“İndiki mərhələdə Azərbaycan və Ermənistan arasında razılaşmaların olması real deyil”. Turkustan.info bildirir ki, bunu Modern.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib. O diqqətə çatdırıb ki, danışıqların davam etdirilməsi üçün hər iki tərəf bu məsələdə niyyətli olmalıdır: “Ermənistanın təxribatları davam edəcək. Nikol Paşinyana hakimiyyəti gücləndirmək üçün xarici düşmən obrazı lazımdır. Baş […]

Namiq Dəlidağlı: “Şairlik ruhi xəstəlik deyil ki, onu hər an, hər dəqiqə canında gəzdirəsən” – MÜSAHİBƏ

“Şairlər bəşəriyyətin ən məsum hissəsidir” deyirlər. Hələ bu məsumluğa bir az da payız kövrəkliyi qarışsa, o yaradıcı insanın misralarını bahar xiffətli xəzan yarpağı ilə müqayisə edə bilərik. Bu nisgili, kədəri şeirlərində daşıyan insanlardan biri gənc (özü gənc olmasa belə) şair Namiq Dəlidağlıdır. Öncə kiçik bir xatırlatma verərək demək istəyirəm ki, […]

Həmyerlimiz Samara vilayətinin yüksək mükafatına layiq görülüb

 “Samara Vilayəti Azərbaycanlıları Liqası” İdarə Heyətinin sədri, Rayon İctimai Palatasının üzvü Şirvan Kərimov “Samaranın inkişafındakı xidmətlərə görə fəxri nişanına layiq görülüb. Turkustan.info xəbər verir ki, həmyerlimizin mükafatlandırılması Samara Vilayətinin İctimai Palatasının 10 illiyinə həsr olunmuş “Regionda vətəndaş cəmiyyəti institutlarının inkişafında Samara Rayon İctimai Palatasının rolu” mövzusunda keçirilən konfransda reallaşıb. Yerli […]

XəbərAl.az saytının 4 yaşı tamam oldu

Bu gün XəbərAl.az saytının fəaliyyətə başlamasından 4 il ötür. 2014-cü ilin sentyabr ayının 28-də oxucularla görüşə gələn XəbərAl.az saytının mövzuları, respublikada və dünyada gedən ictimai-siyasi proseslər haqqında dünya ictimaiyyətini obyektiv xəbərdar etmək, Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar vermək, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim […]

Evdən qaçan gəlinin qarşısında qaynanası diz çökdü – VİDEO

Zərdabda 3 aylıq körpəsini də götürüb ər evindən qaçan 19 yaşlı Hacıyeva Aynaz Elşən qızı tapılaraq “Səni axtarıram” proqramına gətirilib. Turkustan.info xəbər verir ki, Salyanda anasının sevgilisinin evində aşkar edilən Aynaz studiaya tək gəlməyib. 3 aylıq körpəsi ilə efirə çıxan 19 yaşlı gəlini anası Leyla adlı qadın verilişə tək buraxmayıb. […]

Ərdoğanın mühafizəsində iki terrorçu tapıldı

Alman polislər terror təşkilatı olan “NSU”ya tərəfdar olmaqda şübhəli bilinirlər  Almaniyada rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəsinə cəlb edilən iki alman polis haqqında istintaq aparılır. Turkustan.info “Anadolu” agentliyinə istinadla xəbər verir ki, onlar ifrat sağçı terror təşkilatı olan “NSU”ya tərəfdar olmaqda şübhəli bilinirlər. Həmin iki alman polis […]

Nazir qərar imzaladı – Bu qaydalar dəyişdirildi

Nazirlər Kabineti “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib. Turkustan.info xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb. Dəyişikliyə görə, tərkibində dövlət sirri olan arxiv sənədlərindən istifadəyə, onların məxfiləşdirildiyi gündən məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 […]

Yolun düşsə, bu dünaya bir də gəl… – XATİRƏ

Tarixi insanlar yazır deyirlər. Lakin hər yazılan tarix gələcək nəsillərə, köklərə də qalmır. Çünki o tarix elə yazılmalıdır ki, bəşər övladı ondan öyrənsin, anlasın və anlatsın. Azərbaycanımızın da tarixinə bir çox şəxsiyyətlər öz imzalarını ataraq, onu qızıl hərflərlə həkk ediblər. Belə şəxsiyyətlərdən biri də bu gün təəssüf ki, həyatda olmayan […]

Elmar Məmmədyarov BMT baş katibi ilə Qarabağ münaqişəsini müzakirə etdi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 28-də BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.  Turkustan.info bildirir ki, XİN-dən Modern.az-a verilən məlumata görə, baş katib Bakıya səfərlərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq onun salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.  A.Quterreş Azərbaycanın dövlət başçısının rəhbərliyi altında bütün istiqamətlərdə ölkəmizdə […]

39 yaşı var, 38 uşaq dünyaya gətirib

38 yaşlı uqandalı Mariam Nabatantsinin 38 uşağı var. O, Şərqi Afrikanın “ən məhsuldar anası” hesab edilir. Turkustan.info-nun məlumatına görə, Mariam həyat hekayəsini BBC-nin jurnalisti Kassim Kairlə bölüşüb. Mariam 13 yaşında ərə verilib. Xoşbəxt ailə həyatından söhbət belə gedə bilməz. Əri tərəfindən dəfələrlə döyülən Mariam 44 uşaq dünyaya gətirsə də, onlardan […]

Vladimir Putinin Azərbaycan səfəri: NƏTİCƏLƏR

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin nəticələrini şərh edib.  Turkustan.info-nun xəbərinə görə, politoloq Vladimir Putin Azərbaycana sentyabrın 25-də gəlməli idi: “Amma iki gün sonra gəldi. Bundan başqa səfərin 3 gün davam edəcəyi bildirilmişdi. Ancaq Putinin Azərbaycana səfəri bir gündən də az çəkdi. Bu, […]

Azərbaycan dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb

“Azərbaycan BMT rəhbərlərinin müharibələrin qarşısının alınması və sülhün qorunması istiqamətində təşəbbüslərini dəstəkləyir, davamlı inkişaf Hədəflərinin yerinə yetirilməsinə sadiqdir və multikulturalizm ideyalarını irəli aparır”. Turkustan.info xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib. Bununla yanaşı nazir BMT tribunasından Azərbaycan ərazilərinin beşdə […]

Enerji içkiləri ilə bağlı ÇAĞIRIŞ — TƏHLÜKƏLİDİR! – VİDEO

Zaman zaman enerji içkilərinin insan orqanizmininə zərərli təsiri barədə müxtəlif iddialar ortaya atılır. Bu günlərdə Goranboyda 8-ci sinif şagirdinin “hell” içkisindən ölməsi ilə bağlı xəbərlərin yayılması ajiotajı daha da qızışdırıb. Təsadüfi deyil ki, bir çox avropa ölkələri enerji içkilərinin istifadəsinə tam qadağa qoyub. Turkustan.info Xezerxeber-ə istinadən bildirir ki, məsələyə Qida […]

Naməlum kişi onu görənləri şoka saldı — VİDEO

Polis işçiləri həmin əraziyə yaxınlaşana kimi kişi gözdən itib.  Sankt-Peterburqda bir kişi etdiyi hərəkətlə onu görənləri təəccübləndirib. Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, kimliyi bilinməyən şəxs 15 mərtəbəli ev hündürlüyündə kanat üzərində hərəkət edib. Polis işçiləri həmin əraziyə yaxınlaşana kimi kişi gözdən itib. Kişi təhlükəsizlik kəmərindən istifadə edib. Havanın […]

Dünyanın sonu barədə ən yeni məlumatlar üzə çıxıb

Məlumatda deyilir ki, dünyanın sonu bir qədər gec ola bilər, amma ondan tez olması mümkün deyil  Bir müddətdir ki, astroloqlar və ufoloqlar dünyanın sonunun dəqiq vaxtını müəyyən edirlər. Hətta bununla bağlı məşhur alim İsaak Nyiton da məlumatları üzə çıxıb. O, əlyazmalarında bildirib ki, 2060-cı ildə dünyanın sonu gələcək və yeni […]

Uşaqları telefondan uzaq tutmağın yolu – Həkim açıqladı

İndiki uşaqlar fərqlidir və biz bu həqiqətdən qaça bilmərik. İllərdir uşaqlarla işləyən biri kimi müqayisə imkanlarım var. İndiki uşaqlar bütün mənalarda çox fərqlidir. Bu səbəbdən onların diqqətini illər əvvəl çəkilmiş cizgi filmləri ilə çəkmək mümkün deyil. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a pediatr Vaqif Qarayev mobil telefon və planşet aludəçisi olan, […]

Ramil Usubov polis rəisini işdən çıxardı

Daxili işlər naziri Ramil Usubov polis rəisini işdən çıxarıb. Nazir Ramil Usubov Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidovun işdən azad edilməsi ilə bağlı əmr imzalayıb.  Turkustan.info xəbər verir ki, Məlumatı Unikal.org-a Tərtər Rayon Polis Şöbəsindən təsdiqləyiblər. Şöbədən bildirilib ki, hazırda rəis vəzifəsini polis polkovniki İlqar Fərəcov icra edir.

Nazir: Qətər Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır

Bu günlərdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov ilə bu ölkənin bələdiyyə və ətraf mühit naziri Mohammad bin Abdullah Əl-Rumeyhi ilə görüşüb. Görüşdə Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən və bu sahədə olan mövcud potensialdan bəhs olunub. Səfir yüksək səviyyəli qarşılıqlı səfərlərin və həm ekologiya, həm də […]

Prezident İlham Əliyev ilə Paşinyan arasında razılıq – Birgə qərar

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd olunur ki, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün […]

Çox şadam ki, Azərbaycan lideri ilə danışa bildim – Paşinyan

Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ölkələrarası 3 məqamı müzakirə etdik. Turkustan.info xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan MDB ölkələrinin Düşənbədə keçirilən iclasında Prezident İlham Əliyevlə ayaqüstü görüşü haqda öz Feysbuk səhifəsində yazıb. “Görüş rəsmi deyildi və biz ilk dəfə danışırdıq”, – qeyd edən Paşinyan vurğulayıb ki, Rusiya […]

Aşurada qan verdi… 1 nəfərdə SPİD, 76 nəfərdə sifilis çıxdı – Bakıda

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanların infeksiyalara görə müayinəsi aparılıb.  Turkustan.info Azadinform-a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.   Məlumata görə, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi […]

Azərbaycanda rüşvətxor məmurlar həbs edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli əməkdaşları həbs edilib. Turkustan.info-nun xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə açıqlamada deyilir. Məlumatda bildirilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər Şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən […]

İndoneziyada dağıdıcı zəlzələ sunamiyə səbəb oldu – VİDEO

İndoneziyanın Sulavesi adasında 7,4 maqnitudalı zəlzələdən sonra güclü sunami əmələ gəlib.  Turkustan.info “Reuters”ə istinadən xəbər verir ki, hündürlüyü iki metrə çatan dalğa sahildəki tikililəri dağıdıb, kiçik gəmini okeana aparıb.  Bununla belə zərərçəkən olmayıb.  Qeyd edək ki, Sulavesidə zəlzələ nəticəsində bir nəfər ölüb, onlarla adam xəsarət alıb. Əhalinin təxliyə edilməsi prosesi davam […]

İlk azərbaycanlı dünya çempionu Aydın İbrahimovla görüş keçirilib

Sentiyabr ayının 27-disində ilk azərbaycanlı dünya çempionu Aydın İbrahimovla güləş mərkəzində görüş keçirilib. Tarixi şəxsiyyəti gənc nəsilə təqdim edən  Azərbaycan Güləş Federasiyası vitse-prezidenti Elçin Cəfərov bildirib ki, Aydın İbrahimovun bu il 80 yaşı tamam olub. Gənc güləçiləri görüb öz uşaqlığını xatırlayan yublar idmanımıza olan dövlət qayğısından danışıb. Görüş zamanı gənc […]

“Azercell” Jurnalistlər üçün pulsuz ingilis dili kurslarına qəbul başlayır

Azercell media nümayəndələri üçün ingilis dili kurslarını bu il də davam etdirir. Azərbaycanda KİV nümayəndələrinin inkişafına,onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına, həmçininingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaq məqsədilə çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC bu il də jurnalistlər üçün ingilis dili kurslarını təşkil edir. Oktyabr ayında […]

Prezidentdən Zakir Qaralovla bağlı – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti […]

Yeni şəxsiyyət vəsiqələrinin maraqlı cəhətləri açıqlandı

Yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıçısında (çipində) yerləşdirilən müəyyən məlumatların oxunması mümkündür. Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən, həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən […]

Putin Əliyevlə görüşü zamanı Ermənistanda rus ordusunu NİYƏ AYAĞA QALDIRDI? – ŞOK SƏBƏB

Rusiya prezidenti Vladimir Putin Bakıda səfərdə olarkən Ermənistanda rus ordusu təlimlərə başladı. Rusiya və Ermənistanın birləşmiş ordu qruplaşmasının keçirdiyi təlimlərin təfərrüatı məlum olmasa da, Putinin Azərbaycan torpaqlarında Prezident İlham Əliyevlə müzakirələr apardığı vaxt belə bir addımın atılması diqqət çəkir. Turkustan.info xəbər verir ki, Rusiya və Ermənistanın birləşmiş ordu qruplaşması ötən ilin […]

Paşinyanı niyə MDB liderlərinin stolunda tək OTURTDULAR?

Ermənistan baş naziri Nikol Paşinyanın Tacikistanda MDB ölkələrinin rəhbərləri üçün hazırlanmış stolda tək oturmasına rəsmi şərh verilib. Turkustan.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan XİN-nin mətbuat xidmətindən verilən açıqlamada deyilib ki, yemək masasında liderlər ölkələrin adlarına uyğun əlifba sırası ilə oturmalıydılar. Ermənistan XİN mətbuat xidmətinin rəisi Tiqran Balayan “yemək masasında […]

Putin Nikolun görüş istəyini niyə rədd etdi? – Kuznetsov

Turkustan.info rus tarixçi və analitik Oleq Kuznetsovla müsahibəni təqdim edir: – Putin Ermənistan səfərindən niyə imtina etdi? – Mən buna “imtina” deməzdim. Razılaşdırılmış səfərdən imtina əlaqələrin pozulması üçün güclü diplomatik demarşdır. Hesab edirəm ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki böhran bu qədər dərin deyil. Mən buna daha çox “səfərin təxirə […]

Qazaxda oğlanın polis tərəfindən döyülərək öldürüldüyü təsdiqləndi – HƏBS EDİLƏN VAR – RƏSMİ

Baş Prokurorluq Qazaxdakı ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Turkustan.info bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, Elmir Axundovun Qazax rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları […]

XİN-dən Avroparlamentin üzvünün Qarabağa qanunsuz səfəri ilə bağlı – AÇIQLAMA

Azərbaycan XİN Ermənistan mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən AR Cinayət […]

Nazir: “Saxta əlillik təyinatları ləğv edilir”

“Azərbaycanda əlillik dərəcələrinin saxta yolla verilməsinə dair araşdırmalar davam edir”. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. “Aşkar edilən mənfi hallar barədə ölçü götürülür. Saxta əlillik təyinatları ləğv edilir və dövlət büdcəsindən həmin şəxslərə edilmiş ödənişlər geri qaytarılır. Fəaliyyətimiz dövründə bu hallar mütəmadi araşdırılacaq və ortaya çıxan mənfi […]

İlham Əliyevlə Nikol Paşinyan ayaqüstü söhbətləşdi – İLK DƏFƏ – VİDEO

Tacikstanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ayaqüstü təmas baş tutub. Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, sammitin rəsmi açılış mərasimi zamanı MDB ölkələrinin liderləri əlifba sırası ilə yanaşı dayanıblar. Bu zaman Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri yanaşı durmalı olub. […]

Nazirlik hərbi zavoddakı yanğınla bağlı məlumat yaydı – Yaralılar var

Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlikdən  verilən məlumata görə, sentyabrın 28-də saat 10:45 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Araz” zavodunun VIII sahəsinin ərazisində yerləşən konteynerdə elektrik kəsici alətlə təmir işləri aparan zaman qığılcımdan yaranan alışma nəticəsində kiçik yanğın hadisəsi baş verib. Yanğın qısa müddətdə zavodun […]

Elçibəyin qardaşı oğlu ailəsi ilə birlikdə Abşeron rayon prokurorundan Baş Prokurora şikayət etdi

Eks Prezidentin qardaşı oğlu Əliyev Ayturan və yoldaşı Fərəcova Gülnarə Abşeron Rayon Prokurorluğunda baş vermiş qanunsuzluqlardan təngə gəldiklərni və Baş Prokurora müraciət etdiklərni bildirirlər. İmzalanmış şəkildə redaksiyamıza təqdim olunan müraciətdə deyilir:        “Hörmətli Zakir müəllim,        Bizə aid olan mənzili dələduzluq yolu ilə başqa şəxslərə sataraq mənimsəmiş “AFŞARAN-A”MMC  tikinti şirkətinin […]

“Tank” ləqəbli kikboksçu Xəyal Əhmədov döyüşə çıxır

Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu,”Tank” ləqəbli məşhur kikboksçu Xəyal Əhmədov 2018-ci il 6 oktyabr tarixində Almaniyanın Boxum şəhərində döyüşə çıxacaq. Xəyal Əhmədov rəqibi Lukas Boçenski qarşı döyüşəcək. Döyüş ruhrconqress adlı yerdə olacaq. “İnanıram ki,döyüşdən qələbə ilə ayrılacam. Hər döyüşdən nəsə öyrənirəm. Bu dəfə də məni […]

DİQQƏT! Şəxsi yazışmalarınız İZLƏNİLİR – VİDEO

“Mesajlaşma proqramlarında şəxsi yazışmalar oxunurmu?” Sualı son zamanlar ən actual mövzulardan birinə çevrilib. ARB TV-nin “Günə doğru” verilişində müəmmalı formada insanların yazışma proqramlarında yazdığı sözlərə uyğun reklamların sonradan istifadəçilərin qarşına cıxmasına dair reportaj hazırlanıb. Məsələn “Messenger”də kiməsə “mən filan markalı smartfon alacam” yazırsansa bir müddət sonra həmin markanın reklamı sizə […]

Köçəryan Nikola qarşı hərəkat yaradır

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan aktiv görüşlər keçirməyə başlayıb. Turkustan.info xəbər verir ki, “Joxovurd” qəzeti Köçəryanın bununla növbədənkənar seçkidən öncə yeni qüvvə formalaşdırmaq istədiyini yazıb. “Köçəryan bu dövr ərzində Milli Razılaşma Partiyasının rəhbəri Aram Arutyunyan, Razılaşma Partiyasının sədri Sərkis Avetisyan, Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsqulyanla görüşüb. Maraqlı olan digər məqamı […]

ADAU-da “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr olunan  “Akademik Cəlal Əliyevin elmi irsini öyrənirik” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib. Universitetin mətbuat xidmətindən Turkustan.info-ya verilən xəbərə görə konfransın məqsədi Azərbaycanın görkəmli alimi, tanınan ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm […]

Bu ərazilərdə işıq olmayacaq

Bu gün bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək. “Azərişıq” ASC-dən  verilən məlumata görə, bu gün saat 12:00-dan 14:30-a qədər Abşeron rayonu Xırdalan şəhərinin 25, 26, 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.  /Oxu.Az/

YAP-cı deputat “Qarabağ mitinqi”ni DƏSTƏKLƏDİ: “İqtidarlı, müxalifətli hamı mitinqə qoşulmalıdır!”

Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatınıən (QAT) təşəbbüsü ilə keçiriləcək, və  bir sıra ictimai xadimlər, Qarabağ döyüşçülərinin təşkilat komitəsində təmsil olunduğu “Qarabağ  mitinqi”nə icazə verib.  Mitinq sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində,”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Təşkilatçılar bəyan ediblər ki, 29 sentyabr “Qarabağ mitinqi” ideyası Azərbaycan […]

Arvadını xalası oğlu ilə yataqda çılpaq tutdu, toyu yasa çevirdi – TƏFƏRRÜAT

entyabrın 16-da Şamaxı rayonunda baş verən dəhşətli hadisənin müəmmalı tərəfləri hələ də açılmayıb. Bir saatın içərisində bir nəfər ölüb, digəri ölümcül yaralanıb. Bu faciə rayonun Pirbəhli kəndində qeydə alınıb. Turkustan.info Qafqazinfo-ya istinadla xəbər verir ki, kənd sakini Əmrah İbrahimovun evində xalası oğlu, 27 yaşlı Şirinbala Mövlamov ölü tapılıb, Əmrahın arvadı 36 yaşlı Mixək isə qarnından güllə yarası alıb. Şamaxı rayon […]

Elmar Vəliyevə qarşı sui-qəsdə dəstək verənlər müəyyənləşdirilib – Baş prokuror DANIŞDI

Baş prokuror Zakir Qaralov Gəncə hadisələrinə görə həbs edilənlər barədə danışıb. Turkustan.info xəbər verir ki. Z.Qaralov Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd hadisəsinə və daha sonra şəhərdə iğtişağa cəhdlərə dəstək verən şəxslərin tam olaraq müəyyən edildiyini bildirib. Baş prokurorun sözlərinə görə, bu günə kimi 77 nəfər […]

Baş nazirdən qərar: Elçin Əfəndiyevi Əli Həsənov əvəzləyəcək

Baş nazir Novruz Məmmədovun imzaladığı qərarla Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibində dəyişiklik edilib. Turkustan.info saytı xəbər verir ki, qərara əsasən, Komissiyaya sədrlik etmək Baş nazirin müavini Əli Həsənova həvalə olunub. İndiyə kimi isə sədr vəzifəsini Baş nazirin sabiq müavini Elçin Əfəndiyev icra edirdi. Qeyd edək ki, gələn il – […]

Səlim Müslümova yeni vəzifə verildi

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni vəzifəyə götürülüb. Turkustan.info bildirir ki, eks-nazirin dostları Modern.az-a bildiriblər ki, Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim vəzifəsinə təyin olunub. Bildirilib ki, eks-nazirin Bakıdan kənarda olması və səhhətində problemlərin yaranması barədə məlumatlar əsassızdır. “Ölkədən kənara çıxması barədə deyilənlər yalandır. […]

Antiinhisar siyasəti aparan qurumların səlahiyyətləri artırılır

Antiinhisar siyasətini formalaşdıran və həyata keçirən dövlət qurumlarının səlahiyyətləri artırılır. Turkustan.info-nun məlumatına görə, bu barədə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd edilib. Sənəddə bildirilib ki, antiinhisar siyasətini formalaşdıran və həyata keçirən dövlət qurumlarının səlahiyyətlərinin artırılması istiqamətində təkliflər hazırlanacaq. Bu təkliflər qurumlar tərəfindən inhisarçılıq  fəaliyyətinin qarşısının […]

Havalar soyudu: Bakının 2 rayonu yenə qazsız qalacaq- XƏBƏRDARLIQ

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.  Cebhe.info xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB)  bildirilib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin balansında olan diametri 720 mm-lik “Qaradağ-Digah” magistral qaz kəmərinin 20-ci km-də aşkar edilmiş qaz sızmasının ləğvi və yeni tikilmiş ölçü […]

Gizli obyektlərdə nüvə silahı hazırlanır: Kəşfiyyatın bildiyi sirr açıldı: İsrail fotoları dünyaya göstərdi

İsrailin baş naziri Binyanmin Netanyahu İranın nüvə silahı hazırlaması barədə dünya ictimaiyyətinə xəbərdarlıq edib.  Turkustan.info xəbər verir ki, İsrail baş naziri İranın həmin nüvə silahını Tehrandakı gizli obyektlərdə hazırladığını deyib. Netanyahu bu barədə ən yüksək kürsüdə- BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib. O, həmçinin nüvə silahı hazırlanan obyektlərdə çəkilən fotoları da […]

Lənətə gəlsin əcdadlarımız, saxta tariximiz… – Nikoldan şok

“Ermənistanın səsi” özünün dünənki buraxılışında hansısa bir tarixçinin “Qəhrəmanlıq tarixini unutmaq” adlı məqaləsini dərc edib. Məqalədə müəllif “Erməni xalqının qəhrəmanlıq keçmişi haqqında əfsanələr”ə şübhə ilə yanaşır, doğulan gündən ermənilərin ağıllarına yeridilən və soylarından gələnlərə yalnız soyqırım, alçaldılma, satqınlıq və əxlaqsızlıq ehtiyatı kimi şeyləri miras qoyan “ermənilərin əcdadlarını tərif və tərənnümü” […]

Ermənistanı şoka salan bacılar AZADLIQDA – Avtoritet atalarını doğramışdılar

Moskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni kriminal avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızının azadlığa buraxılması barədə qərar qəbul edib. Turkustan.info yerli KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə 17 yaşlı Mariya, 18 yaşlı Angelina və 19 yaşlı Kristinaya qarşı qətimkan tədbiri dəyişdirilib. Hüquq müdafiəçisinin sözlərinə görə buna səbəb […]

Novruz Məmmədov məxfi sənədin açılması ilə bağlı qərar verdi

Nazirlər Kabinetinin gizli qərarlarından birinin açılması barədə qərar verilib. Turkustan.info-nun məlumatına görə, bu barədə sənədi baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, “Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 139-6 nömrəli qərarının məxfiliyinin açılması […]

Azərbaycanlı avtoritet evləndi – VİDEO

Bir müddət əvvəl həbsdən çıxan, kriminal aləmdə “Səməndər Gəncinski” kimi tanınan kriminal avtoritetin toyu olub. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, onun bəy maşını kimi istifadə etdiyi avtomobilin bəzəyi diqqət çəkib. Belə ki, maşının nömrə yerinə “Qədeş, toyun mübarək” yazılıb. Bundan başqa avtomobilin arxa şüşəsinə “AUE” (арестантский уклад един – […]

İrandan İsrailə sərt xəbərdarlıq

İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrailə xəbərdarlıq edib. Turkustan.info “Tasnim” agentliyinə istinadən xəbər verir ki, o, Suriya ərazisində olan obyektlərə zərbələrin endirilməsinin İsrailə baha başa gələcəyini bildirib: “İsrail Suriya ərazisində terrorçulara dəstək verir, eyni zamanda onlara qarşı mübarizə aparan qüvvələrə zərbələr endirir. İsrail bu cür davam etsə, onu peşman edəcək reaksiya […]

Aİİ ilk tədris ilinə uğurla başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilk tədris ilinə uğurla başlayıb. 2018-2019-cu tədris ilində fəaliyyətinə islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə başlayan Aİİ-də dünya standartları ilə ayaqlaşan yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib.  İnstitutda tələbələrin keyfiyyətli təhsil alması üçün lazımi şərait yaradılıb. Sinif otaqları müasir dövrün tədris metodikasına uyğun avadanlıqla […]

Azərbaycan-Rusiya hesablaşmalarında dollardan imtina edilir?

Azər Talıbov: Rusiya-Azərbaycan arasında hesablaşmaların milli valyutada aparılması üçün bütün imkanlar var Rusiya və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsində milli valyutaların istifadəsi üçün infrastruktur hazırdır.  Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov bildirib.  Talıbov qeyd edib ki, hazırda biz bir neçə qrup məhsul […]

ŞAD XƏBƏR: Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək – VİDEO

Vətəndaşlar pensiya və maaşları plastik kartlarda saxlasa, üzərinə əlavə faiz gələcək. Bu yenilik ötən gün təsdiqlənən “2018-2020-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb. Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub. Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək. Bu, ötən gün […]

Paşinyandan üz çevirən Putinin Bakı səfəri İrəvanda ŞOK YARATDI – Erməni şərhçi bütün DETALLARI AÇDI

Rusiya prezidentinin Azərbaycana bugünkü səfəri, ümumilikdə iki ölkə arasında olan yüksək səviyyədə münasibətlər Ermənistanda həyacanla izlənilir. Dünən jurnalistlərlə görüşünün gedişatında işğalçı ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan Rusiya prezidentinin yaxın vaxtlarda Ermənistana baş çəkəcəyini, müzakirənin bu istiqamətində davam etdiyini bildirsə də, erməni KİV-i rəsmi İrəvanı yalan danışmaqda ittiham […]

Azərbaycan yeni DƏHŞƏTLİ RAKET İSTEHSAL ETDİ: Süzən bomba – FOTO

“ADEX-2018” Beynəlxalq müdafiə sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan süzən aviasiya bombası nümayiş olunub. Turkustan.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, aviabomba stasionar hədəfləri məhv etmək üçün özütuşlanan silahdır. 50 kiloqram kalibrli aviabombanın uçuş məsafəsi təyyarə uçuş sürəti və atma hündürlüyündən asılı olaraq minumum 10 min metr, maksimum isə 60 […]

Rusiya ilə İsrail yenidən “soyuq müharibə”də

“Soyuq müharibə”nin başa çatmasından sonra Rusiya ilə İsrailin münasibətlərində gərginlik müşahidə olunmayıb. Hətta ABŞ-ın Yaxın Şərqdəki birinci dərəcəli strateji müttəfiqi olmasına rəğmən bu amil son illər rəsmi Moskva ilə İsrailin münasibətlərinə mənfi təsir göstərməyib. Son illər Rusiyanın Yaxın Şərqdə İsrailin əsas rəqibləri  olan İran və Türkiyə ilə müttəfiqlik alyansı qurması […]

Qazaxda polis şöbəsindəki ölüm faktına görə 1 nəfər HƏBS EDİLDİ

Sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən rayon sakini Elmir Axundovun ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. Turkustan.info bildirir ki, Daxili […]

Səhiyyə Nazirliyindən Bakıda vərəmin yayılması məlumatına MÜNASİBƏT

Səhiyyə Nazirliyi Bakının Yasamal və Nəsimi, eləcə də ölkənin digər bölgələrində vərəm xəstəliyinin yayılması barədə məlumatlara münasibət bildirib.  Turkustan.info bildirir ki, nazirlikdən BakuPost-a verilən məlumata görə, bu kimi yalnış informasiyalar əsassızdır. Qeyd olunub ki, adıçəkilən rayonlarda uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkənin digər bölgələrindən 4 […]

SON DƏQİQƏ: “Azərbaycan Ordusu düşməni məhv edir…” – Polkovnikdən AÇIQLAMA

“Azərbaycan Ordusu düşmənin 5 hərbi qulluqçusunu məhv edib” Turkustan.info  Bizimyol.info-ya istinadən xəbər verir ki, bunu qoşunların qarşıdurma xəttindəki son vəziyyətini şərh edərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. O qeyd edib ki, son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusu məhv edib, bir neçə nəfəri isə ağır yararlanıb: “Hazırkı […]