Arıqlamaq üçün ən effektiv üsul tapıldı

Böyük Britaniyanın Surreya Universitetinin alimləri müəyyən ediblər ki, səhər yeməyinin gec, naharın isə tez qəbul edilməsi insan çəkisinin azalmasına səbəb olur.

Turkustan.info xəbər verir ki, bununla bağlı məlumat “Journal of Nutritional Sciences” nəşrində dərc olunub. 

Alimlər yaşları 29-57 arası olan 16 nəfər üzərində yoxlamalar aparıb. Onlardan doqquzu alimlərin göstərdiyi, digərləri isə normal vaxtda qidalanıblar. Nəticədə yemək vaxtlarını dəyişən şəxslərdə arıqlamanın iki dəfə çox getdiyi müəyyən edilib. 

“Göründüyü kimi, bu iştirakçılarda qidaların göstərilən qaydada qəbul edilməsi ailə və sosial həyatı həmişə uyğunluq təşkil edə bilməz. Ancaq buna köklənmək lazımdır”, – universitetinin doktoru Conatan Conston deyib.  /oxu.az/