Çinlilərdən yeni KƏŞV: Qolbaq TELEFONLAR

Çinin “ZTE” şirkəti biləyə taxılan smartfon və “ağıllı” saatın hibridi olan cihaz təqdim edib.

Turkustan.info “life.ru” saytına istinadən xəbər verir ki, “nubia-α” adlı cihazdan adi smartfon kimi istifadə etmək olar: zəng etmək, SMS göndərmək, internet və sosial şəbəkələrə daxil olmaq, şəkillər çəkmək (saatın kəmərinə kamera quraşdırılıb). “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən aparatın arxa tərəfində pulsometr quraşdırılıb.

Şirkətdən bildirilib ki, “nubia-α” cihazı tam hazırdır və yaxın vaxtlarda bazara çıxarılacaq.  /A24.Az/