“Mənə desələr ki, Quli səni öldürəcək, yenə yanında olaram” – Avtoritetlərin məclisindən – VİDEO

Azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeni görüntüləri yayılıb.
Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, sözügedən görüntülər Türkiyənin İstanbul şəhərində kriminal aləmin tanınmış siması olan “Nika Qaqrinski” ləqəbli Nikolay Dqeçuadzenin toyunda lentə alınıb.
Kriminal aləmin üzvlərindən biri Nadir Səlifovun şərəfinə badə qaldıraraq “Quli, sən bizim qardaşımız, əzizimizsən. Əgər mənə desələr ki, Quli səni öldürəcək, yenə yanında olaram” söyləyir.
O isə cavabında “Quli öz dostlarını öldürmür” deyir.
Sözügedən videonu təqdim edirik: