Darhan Kıdıralı yenidən Türk Akademiyasının (TWESCO) prezidenti seçildi

Türk Şurası dövlət başçılarının qərarı ilə Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darhan Kıdıralı  ikinci müddətə təşkilata rəhbər təyin olundu! 

Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Xalqların Əməkdaşlıq Şurasıının VI Sammitində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan prezidentləri Beynəlxalq Türk Akademiasının işinə yüksək dəyərləndiriblər. Akademiyanın prezidenti ikinci müddətə yenidən TWESCO-nun prezidenti təyin edilib. Sammit iştirakçıları  ötən 4 il ərzində Akademiyanın gördüyü işlər, irəli sürdüyü layihələr və qazandığı uğurlara görə Darhan Kıdıraıya təşəkkür ediblər. Qeyd olunub ki, qısa zaman kəsiyində dr. Darhan Kıdıralının rəhbərliyi və təşəbbüsü ilə türk dünyasının tarixini, keçmişini əhatə edən səəmərəli  elmi-praktik konfranslar, arxeololoji qazıntılar aparılıb. Məktəblilər üçün “Ümumi Türk tarixi” dərsliyi, “Əcdadlarımızın irsi”, “Türkbarometri” adlı layihələr, BMT və UNESKO-da Türk dünyası və ədəbiyyatı, şəxsiyyətləri haqqında keçirilən beynəlxalq simpoziumlar, beynəlxalq forumlar, 90-dan çox  elmi əsərin işıq üzü görməsi Akademiyanın Türk dünyasına verdiyi töhfədir.  Dövlət  başçıları tərəfindən  Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə verilən yüksək qiymət Sammitin qəbul etdiyi deklarasiyada da öz əksini tapıb.