Etibar Priverdiyevin yerinə TƏYİNAT – “Azərenerji”nin yeni rəhbəri

Prezident İlham Əliyev Balababa Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Turkustan.info xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Qeyd edək ki, indiyədək “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini Etibar Pirverdiyev tuturdu.