Gün: Sentyabr 5, 2018

“WhatsApp”dan oğurluq – DIQQƏT!

“ESET” antivirus şirkətinin mütəxəssisi Lukas Stefanko internetdə populyar “Viber” messenceri adı altında maskalanan casus proqramının peyda olması haqda məlumat verib. Turkustan.info ICTnews”a istinadən xəbər verir ki, Stefanko bu proqramı “Google Play” rəsmi proqramlar mağazası altında maskalanmış saytda aşkar edib. Casus proqramının yaradıcıları “Viber”i mükəmməl şəkildə “kopya”layıblar, məsələn, üzərində “redaksiyanın seçimi” […]

İrəvanda Azərbaycan himni səsləndi

Avropa Cüdo İttifaqı (EJU) ümidvardır ki, Ermənistan yığma komandası fikrini dəyişəcək və Bakıdakı dünya çempionatında iştirak edəcək. Turkustan.info virtualaz.org-a istinadən xəbər verir ki, bunu EJU prezidenti Sergey Soloveyçik bildirib. “Ermənistan yığması Azərbaycana getməsə, bu, hamımız üçün geriyə addım olacaq. Cüdo birləşmək üçün meydançadır, biz həmişə mübarizə aparmışıq və aparırıq ki, […]

Döyməli əl: Rusiya polisi Bakı sirrini açmağa kömək edəcəkmi?

Suraxanı rayonunda törədilmiş iki qeyri-adi və oxşar cinayətin bəzi detalları Sputnik Azərbaycan-a məlum olub.  2017-ci ilin sentyabrında Suraxanı rayonunda cəsədin hissələrə bölünməsi ilə müşayiət olunan vəhşicəsinə törədilmiş qətlin bu il avqustun 23-də elə həmin rayonda aşkarlanmış analoji cinayətlə əlaqəsi yoxdur. Bunu Sputnik Azərbaycan-a Suraxanı rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər. Sputnik Azərbaycan bir […]

Putin Paşinyana son şans verəcək – Kreml rəsmisi açıqladı

Rusiya prezidenti Vladimir Putin 8 sentyabrda Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə indiyədək ikitərəli münasibətlərdə yığılıb qalmış problemli məsələləri açıq şəkildə müzakirə edərək ciddi söhbət aparacaq.  Bu barədə Putinin köməkçisi Yuri Uşakov “İnterfax”a bildirib.  “Həm biz, həm də erməni tərəfində həllini gözləyən bir çox məsələlər yığılıb qalıb. Odur […]

Daha bir neçə bankda bağlanma TƏHLÜKƏSİ

Azərbaycanda bank sistemində problemlər həll olunmamış qalır. Üst-üstə yığılan problemlər bu sektoru çöküşə doğru aparır. Problemli kreditlərin həcmi artıb, kreditləşmə dayanıb, bankların gəlirliliyi aşağı səviyyədədir. Artan problemləri banklar öz gücü hesabına həll edə bilmir. Bu səbəbdən isə onların bağlanma riski artır. Ekspertlər hesab edir ki, bank sektorunda davam edən bu […]

Türkiyə qanlı müharibə astanasında

Suriyanın İdlib bölgəsi ətrafında hərbi gərginlik artır. Suriya ordusu Rusiya və İran silahlı qüvvələri ilə birlikdə İdlibi nəzarətə götürmək üçün hücuma hazırlaşır. Əgər adıçəkilən strateji ərazi müttəfiqlərin əlinə keçsə, o zaman Bəşər Əsəd Suriyanın 90 faizdən artıq hissəsində hakimiyyətini bərqərar etmiş olacaq. Bu həm də Rusiyanın və İranın Yaxın Şərqdəki […]

İstanbulda 4 ölkə bir araya gəlir: Yaxın 10 gün ərzində Suriya…

Moskva, Ankara, Paris və Berlin İstanbulda Suriya sammitinin keçirilməsində maraqlıdır. Sammitin gündəliyi yaxın 10 gün ərzində müəyyən ediləcək. Turkustan.info xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. “İndi vəziyyət elədir ki, adı keçən ölkələr bu dördlüyün zirvə görüşünün keçirilməsinə maraq göstərir, müavinlərə bu məsələ üzərində işləmək tapşırığı verilib. […]

İran HƏDƏLƏDİ: Avropaya möhlət verdi

Avropa İranla nüvə sazişinin qorunması üçün noyabrın 4-dək lazımi tədbirlər görməlidir. Turkustan.info-nun məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib. Onun sözlərinə görə, əgər ABŞ sanksiyaların bərpa olunmasından sonra Avropa İranla sazişin qorunması üçün zəruri addımlar atmasa, İranın bu sazişdə iştirakının mənası qalmır: “Əgər İran noyabrın 4-dən […]

Azərbaycanlı qızla erməni qızın dostluğu sosial şəbəkəni bir-birinə vurdu – FOTO

Amerikada yaşayan azərbaycanlı bloqer Ruslana Cavadovanın (Ruslana Gee) ilə erməni əsilli Karina Kasparyantsla dostluğu sosial şəbəkə istifadəçilərini qarşı-qarşıya qoyub. Ruslana Gee şəxsi İnstaqram səhifəsində Karina ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq belə yazıb: “Axır ki, Karina ilə real həəyatda görüşdük. İkimiz də görüş qabağı çox həyəcan keçirmişik. Amman nahaq yerə. Hər […]

15 yaşlı Allahşükür Paşazadənin Aşıq Şəmşirlə FOTOSU üzə çıxdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 15 yaşında çəkilmiş fotosu üzə çıxıb.   Moderator.az xəbər verir ki, foto 1964 – cü ildə o zamankı Kirov İnstitutu (indiki Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) adlanan məkanda çəkilib. Fotoda Aşıq Ələsgərdən sonra şifahi xalq ədəbiyyatının ən azman söz xiridarı hesab olunan Aşıq Şəmşir də […]

Dolların dünyada hökmranlığına son qoyula bilər

Tahir Mirkişili, Milli Məclisin üzvü “Antidollar koalisiyası”nın sıraları genişlənir, təşəbbüsləri reallaşır İkinci Dünya müharibəsindən sonra formalaşan yeni maliyyə sistemində ABŞ dolları getdikcə daha hökmran mövqelərə sahib olmağa başladı. SSRİ dağıldıqdan sonra öz təsirini bütün dünyaya yayan ABŞ dolları, demək olar, bütün ölkələrin iqtisadi münasibətlərində və maliyyə əməliyyatlarında xüsusi çəkiyə malikdir. […]

Bu Azərbaycan əyaləti iki hissəyə bölünür

Güney Azərbaycanın Ərdəbil əyaləti iki hissəyə bölünə bilər. Turkustan.info xəbər verir ki, bu barədə təklif Güney Azərbaycanın Meşginşəhr, Parsabad, Germi, Biləsuvar, Əhər, Heris, Kəleybər, Xudaafərin, Horand şəhərlərinin millət vəkilləri tərəfindən imzalanıb və İran İslam Respublikasının Məsləhət Şurasının Rəyasət Heyətinə yazılı şəkildə göndərilib. Təklifə əsasən, yeni yaradılacaq əyalətin adı “Şimali Azərbaycan” adlanacaq. […]

İlham Əliyev fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmanın mətnini təqdim edirik: 1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (bundan sonra – MEİS) yaradılsın. 2. Azərbaycan Respublikasının Əmək və […]

QHT rəhbərinin Qarabağ problemi ilə bağlı məqaləsi Qazaxıstanda nəşr olundu

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlının müəllifi olduğu məqalə Qazaxıstanda nəşr edilmişdir. Turkustan.info xəbər verir ki, Qazaxıstandakı Beynəlxalq Hoca Ahmet Yesevi Universiteti “Türk Respublikalarının Müstəqilliyi və Dövlətləşmə Prosesi” adlı xüsusi icmal nəşr etdirmişdir. Araz Aslanlının müəllifi olduğu “Qarabağ probleminin həllsiz […]

Peşə məktəblərində işləmək istəyənlərin nəzərinə

Bu gündən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənədlərin qəbuluna başlanılır. Turkustan.info Təhsil Nazirliyindən BakuPost-a verilən məlumata görə, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində nazirlik tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin […]

“Qaçan” milyonlar… – “Qaçqınkom”un yeni sədri nələri dəyişəcək?

25 ildən çoxdur, Azərbaycan özünün ən böyük dərdlərindən birinə çevrilən, daim diqqət və qayğı, eyni zamanda böyük maliyyə tələb edən  qaçqın və məcburi köçkünlərin sosial problemləri ilə çarpışır. Yurd-yuvalarından didərgin düşən günahsız insanlara dövlət daim dəstək durub və durmalıdır da. Nəzərə alsaq ki, bu insanların xeyli hissəsi təkcə rahat mənzillərini, […]

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur Turkustan.info bildirir ki, dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında ölkəmiz də təmsil olunur. Yaponiyanın Tsukuba şəhərində keçirilən 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadada ölkəmiz adından Fizika, Riyaziyyat və Informatika təmayüllü Respublika Liseyinin IX sinif şagirdi Abutalıb Namazov, […]

“Paşa” ləqəbli “Qanuni oğru” azadlığa buraxıldı – Lənkəranskinin yaxın adamı olub – VİDEO

Kriminal aləmdə “Paşa” adı ilə tanınan azərbaycanlı “qanuni oğru” Pərviz Sabirabadlı 2 gün öncə həbsdən çıxıb. Turkustan.info minval.info-ya istinadən xəbər verir ki, ümumilikdə 18 il həbs həyatı yaşayan Pərvizin “Paşa” kimi çağrılmasının səbəbi həmyerlisi, “qanuni oğru”, kriminal aləmdə böyük hörmət sahibi olmuş Sabirabadlı Hikmətlə bağlıdır. Belə ki, Hikmət ona Pərviz […]

Bakı meriyasının maşını 600 manata satılır

Bir sıra dövlət qurumlarının balanslarındakı nəqliyyat vasitələri satışa çıxarılıb.  Turkustan.info bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən Oxu.Az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin, Azərbaycan Respublikasnın Mərkəzi Bankının, eləcə də, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı avtomobillər hərrac yolu ilə satışa çıxarılıb.  Hərracda ən ucuz avtomobil  Bakı […]

Türk Birliyinə aparan YOL

Bizim şan kitabımız, kimlik kitabımız olan “Kitabı Dədə Qorqud”da yazılır: “Xanlar xanı Xan Bayandur yılda bir kərə toy edib Oğuz bəglərini qonuqlar idi. Bir gün genə toy edib atdan ayğır, dəvədən burğa, qoyundan qoç qırdırmışdı”. İki gün bundan əvvəl Qırğızıstanın Çolpan-Ata şəhərində  İssık Kul gölünün sahillərində  belə bir TOY qurulmuşdu. […]

Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər? – REYTİNQ

“Henley&Partners” şirkəti müxtəlif ölkə vətəndaşlarının sərbəst səyahət imkanlarını nümayiş etdirən pasport reytinqini dərc edib. Turkustan.info-nun məlumatına görə, 72-ci yerdə qərarlaşan Azərbaycan pasportu vizasız 66 ölkəyə səyahət etməyə imkan verir. Reytinq cədvəlinə Yaponiya və Sinqapur başçılıq edir. Bu ölkənin vətəndaşları vizasız 189 ölkəyə səfər edə bilər. İkinci yerdə qərarlaşan Almaniya pasportu ilə […]

Gəncədə ər boşanmaq istəyən arvadını məhkəmə binasının qarşısında ÖLDÜRDÜ

Gəncədə qadın əri tərəfindən qətlə yetirilib. Turkustan.info report-a istinadən xəbər verir ki, hadisə məhkəmə binasının qarşısında qeydə alınıb. Belə ki, Gəncə şəhər sakini, 23 yaşlı Aytac Aslan qızı Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onların bir […]

İsmayıllıda manyak peyda olub – Qadınların alt paltarlarını oğurlayır

Uzun müddətdir, İsmayıllı rayonunda bir manyak rayon sakinlərini həyəcanda saxlayır. Turkustan.info bildirir ki, Oxu.Az-ın rayon sakinlərindən aldığı məlumata görə, artıq bir ildir ki, gecələr onların həyətlərinə kimsə girir. Həyətlərə girən şəxs paltar ipindən asılan qadın alt paltarlarını oğurlayır. Sakinlərin bildirib ki, qadın alt paltarlarını oğurlayan manyakın boyu təxmini iki metrə […]

Bakıya yüzlərlə hindistanlı gəldi, hərəsi bir neft buruğunu nəzarətə götürdü

…Bu ilin əvvəllərində Hindistan KİV-lərində iş adı ilə aldadılaraq Azərbaycana gətirilən və burada müvafiq sənədləri olmadığı üçün Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb xüsusi Mərkəzə yerləşdirilən hindistanlının müraciəti yayılmışdı. Hossain Abdulla adlı həmin hindistanlı videomüraciətində Azərbaycanda ağır şəraitdə yüzlərlə digər hindistanlı, banqladeşli ilə birlikdə saxlanıldığını deyirdi və baş nazir Narendra […]

Yadplanetli gəmi buludları belə udur — VİDEO

“Youtube” portalındakı “SuspectSky” kanalında paylaşılan bir video çarxda yadpalentli gəminin buludları yox etməsi kadrları var. Turkustan.info xəbər verir ki, ağ şara bənzəyən UNO çox uzun buludun ortasında uçur və buludu yox edir. UNO-nun olduğu yerdə qısa müddət ərzində bulud hissəsi yoxa çıxır və bunun süni olmadığı bir daha üzə çıxır. […]

Sosial mənzillərin satışında yenidən problem yarandı – Sistem çökdü

Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılmalı olsa da, proses baş tutmayıb. Turkustan.info xəbər verir ki, satışın həyata keçirilməsi üçün “Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yaranıb. Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət […]

Azərbaycanda toy yasa döndü – QƏTL

Ağcabədidə qətl hadisəsi törədilib. Turkustan.info məlumatına görə, hadisə sentyabrın 4-də gecə saat 22 radələrində rayonun H.Aslanov küçəsindəki “Qızıl Saray” şadlıq evində keçirilən toy məclisində baş verib. Ağcabədi şəhər sakini, 1990-cı il təvəllüdlü Qurbanzadə Qurban Azər oğlu toyda şəxsi münasibətlər zəminində həmyerlisi, 1978-ci il təvəllüdlü Sadıqov Zaur Məzahir oğlu ilə mübahisə […]

Azərbaycan bayrağını dünya arenalarında dalğalandıran tələbələrin ustadı – Xosrov Cəfərov

Məşqçilərin məşqçisi, unudulmaz pəhləvan Xosrov Cəfərov Azərbaycanın idman ölkəsi olduğunu bu sahədə uğur qazanmış yüzlərlə idmançıları sübut edib. Üçrəngli bayrağımızı Avropa və dünya arenalarında dalğalandıran həmin idmançıların yetişməsində isə məşqçilərin zəhməti böyükdür. O məşqçilərin ki, idmanımızın inkişafı, idmançılarımızın uğur qazanması, həm fiziki, həm də taktiki cəhətdən hazır olmaları üçün gecə-gündüz […]

İcra Hakimiyyətindən yeni qadağa – Bakıda peyk antenaları söküləcək

Bakıda paltar asmaq üçün istifadə olunan iplərin eyvanlardan sökülməsindən sonra bu dəfə də antenaların sökülməsinə başlanılacaq. Turkustan.info Sputnik Azərbaycana istinadla verdiyi məlumata görə, Bakı şəhəri İcra Hakimiyyəti binaların fasadlarına peyk antennalarının quraşdırılmasını qadağan edib. Bakı şəhər İcra Hakimiyyətinin rəsmisi Xalid Ələkbərov bildirib ki, şəhərin təmiz və səliqəli olması ilə bağlı […]

Türkiyə Rusiya və İrandan bu torpaqları İSTƏDİ: Dünyanı silkələyən qorxunc savaş BAŞLAYIR

Aylardır gündəmdə olan İdlib əməliyyatı başladı. Rusiya qırıcıları 2 gün əvvəl İdlibdə uyğur, özbək və qırğız əsilli güclərin mövqelərini bombaladı. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, quru əməliyyatı üçün gözlər sentyabrın 7-də Tehranda keçiriləcək Türkiyə-Rusiya-İran zirvəsinə çevrilib. Quru əməliyyatının keçirilib-keçirilməyəcəyi, yaxud da əməliyyatın gedişatı zirvədə aparılan danışıqların nəticələrindən asılı olacaq. […]

Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə birgə görüşünə getdi və… – Gəncədə DƏHŞƏTLİ OLAY

Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Həsən Qurbanov, onun tanışları – 2000-ci il təvəllüdlü Nazim Məmmədov, 1992-ci il təvəllüdlü Arif Məmmədov, 1992-ci il təvəllüdlü Adil Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər […]

Ramil Usubov bu rayona yeni rəis təyin etdi

Daxili işlər naziri Ramil Usubov Binəqədi Rayon Yol Patrul Xidmətinə yeni rəis təyin edib. Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmrinə əsasən polis mayoru Mərdan Əliyev Binəqədi Rayon YPX-nə rəis təyin olunub.  Sözügedən məlumatı Binəqədi Rayon DYP-dən təsdiqləyiblər. Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin […]

Novruz Məmmədov qərar imzaladı – Gömrük dərəcəsi artırıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib. Turkustan.info xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış birgə təklifinə əsasən “Azərbaycan Respublikasının […]

Kartofa gömrük rüsumu artırıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Turkustan.info xəbər verir ki, dəyişikliyə əsasən, ölkəyə idxal olunan kartof üçün tarif dərəcəsi 15%-dən 30%-ə qaldırılıb. Belə […]

Körpənin ilanla cəsur davranışı – VİDEO

İnternetdə körpənin zəhərli ilanla necə oynamasının əks olunduğu video yayılıb. Turkustan.info xəbər verir ki, video sosial şəbəkələr vasitəsi ilə yayılaraq böyük populyarlıq qazanıb.  Görüntülərin İndoneziyada lentə alındığı güman olunur.  Videodan görünür ki, təxminən bir yaşlı oğlan heç nədən çəkinməyərək “Kral kobrası” ilə oynayır. Kadr arxasında isə böyüklər gülürlər və hətta uşağın […]

Azərbaycan, Ukrayna, Türkiyə və Gürcüstan əlaqə qrupu yaradır – “Qanuni oğrular”la mübarizə üçün

Ukrayna Milli Polisi sədrinin birinci müavini Vyvçeslav Abroskin və Türkiyə Milli Polisinin sədri Cəlal Uzulkay arasında keçirilən görüşdə digər ölkələrlə “qanuni oğrular”la mübarizə üçün dövlətlərarası əlaqə qrupunun yaradılması barədə razılıq əldə olunub. Turkustan.info Report-a istinadən xəbər verir ki, “Əlaqə qrupu dörd ölkə arasında – Ukrayna-Türkiyə-Azərbaycan-Gürcüstan arasında yaradılacaq”, – deyə çərşənbə axşamı […]