15 yaşlı Allahşükür Paşazadənin Aşıq Şəmşirlə FOTOSU üzə çıxdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 15 yaşında çəkilmiş fotosu üzə çıxıb.  
Moderator.az xəbər verir ki, foto 1964 – cü ildə o zamankı Kirov İnstitutu (indiki Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) adlanan məkanda çəkilib. Fotoda Aşıq Ələsgərdən sonra şifahi xalq ədəbiyyatının ən azman söz xiridarı hesab olunan Aşıq Şəmşir də əks olunub. Fotodakı digər şəxsləri dəqiqləşdirməyə çalışırıq. 
Hesab edirik ki, bir neçə gün öncə 69 yaşını qeyd edən Şeyxülislama 15 yaşında çəkilmiş bu foto ən böyük hədiyyədir.