Bakıda dəhşətli cinayət: 13 yaşlı qız kirayənişin tərəfindən zorlandı

Suraxanı rayonunda kirayənişin qalan kişi 13 yaşlı qızı zorladı.

Yeni Suraxanı qəsəbəsində nömrəsiz evdə kirayədə qalan 2005-ci il təvəllüdlü Yeqorova Aleksandreva Serqeyevna rayon prokurorluğuna müraciət edərək bildirib ki, eyni həyətdə yaşadığı İsmayılov Taleh Valeh oğlu onu zorlayıb.

Qeyd edək ki, azyaşlı Ağstafa rayon sakinidir, Bakıda isə ailə üzvləri ilə birgə kirayədə qalır. Taleh İsmayılov da həyat yoldaşı ilə birgə eyni həyətdə kirayədə yaşayıb. Onlar arasında qonşu kimi münasibətlər yaranıb və Taleh, 13 yaşlı qızın ailə üzvlərinin evdə olmamasından istifadə edərək onu zorlayıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə cinayət işi başlanıb və İsmayılov Taleh Valeh oğlu təqsirləndirilən şəxs qismində həbs edilib. (Olke)