Azərbaycanın Su-25-ləri lazerlə idarə olunan bombalarla təchiz edilib

Azərbaycanın Su-25 təyyarələrinin bombaları lazerlə idarə olunan sistemlə təchiz edilib. 

Turkustan.info xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanması Türkiyənin ASELSAN hərbi sənaye şirkətinin istehsalı olan lazer idarəetmə sistemi ilə komplektləşdirilib. Bunun sayəsində idarə olunan bombalar hədəfləri maksimum 10 m sapma ilə məhv edə bilər. 

Azərbaycan müdafiə sənayesi nazirliyinin elmi tədqiqat institutu ASELSAN-ın dəstəyi ilə bu sistemi 250 kq ağırlığındakı ümumi təyinatlı bombalara əlavə edib. 

Ümumiyyətlə, bu bombalarla Su-25 təyyarələri komplektləşdirilib. Elə bu təyyarələrin vasitəsilə lazer sistemi ilə idarə olunan bombaların ilk sınaqları həyata keçirilib. 

Məlumata görə, lazer sistemi ilə idarə olunan bombalar Azərbaycanda keçiriləcək ADEX-2018 beynəlxalq hərbi sənaye sərgisində nümayiş etdiriləcək. Lazer sistemi sayəsində bombaların uzaqlıq məsafəsi 12 km, tətbiq etmə hündürlüyü təqribən 12 km təşkil edir.    /Ordu.az/