Gün: Sentyabr 8, 2018

Baxçalı: Onlar Türkiyədən təcili köçürülməlidir

Türkiyə türk millətinindir. Anadolu türk vətənidir. Ölkəmizdəki suriyalıların təhlükəsiz şəkildə öz yurdlarına köçürülməsi təcili planlaşdırılıb, həyata keçirilməlidir. Turkustan.info xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı deyib. O bildirib ki, Suriyada atəşkəs rejimi bərpa olunmalıdır: “Sərhədlərimizə çəkdiyimiz divarların aşılması, yeni köç axını millət varlığının gələcəyini qaraldacaqdır. Dünənki Tehran zirvəsi əhəmiyyətli […]

İran: Türkiyə və Rusiya ilə dollardan imtina etdik və…

Türkiyə, Rusiya və İran milli pul vahidləri ilə ticarət aparılması məsələsində razılığa gəliblər. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı İran Mərkəzi Bankının sədri Abdunnasir Himməti verib. O bildirib ki, yaxın gələcəkdə Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərliyi ilə bir araya gələcək və razılaşdırılmış məsələlərin təcili tətbiq edilməsi üçün çalışacaq: […]

Sərhəd Xidmətinin əsgərinə üç bıçaq zərbəsi vuruldu

Bu gün Dövlət Sərhəd Xidməti (DSX) hərbi hissəsinin 21 yaşlı əsgəri Ceyhun İsgəndərov üç bıçaq yarası alıb. Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a DSX-nın mətbuat mərkəzindən məlumat veriblər. Hadisə saat 15 radələrində baş verib. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş müddətində əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə […]

Paşinyan Putini Ermənistanın daxili işlərinə qarışmamağa çağırdı

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə ümidvar olduğunu bildirib ki, Rusiya-Ermənistan münasibətləri bundan sonra da iki ölkənin maraqlarına hörmət və daxili işlərinə qarışmamaq prinsiplərinə əsasən qurulacaq.  Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Paşinyan bu məsələlərin həll olunacağına əminliyini ifadə edib: “Biz ittifaq münasibətlərimizin maraqlarına, ölkələrimizin maraqlarına hörmət edilməsinə, bir-birimizin […]

“SAY-Cümhuriyyət” başladı – Fotolar

Gənclər və İdman Nazirliyinin dəstəyi(GİN), “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının 7-ci fəaliyyəti olan”Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsinin icrasına başlanılıb. 08.09.18 tarixində, Lənkəran şəhərində layihənin açılış mərasimi baş tutub. Azərbaycan Respublikası Dövlət Himni səslənib və tədbir açıq elan edilib. Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov […]

ABŞ Rusiyaya qarşı 11 ölkəni aktivləşdirir

ABŞ hərbçiləri 11 Avropa ölkəsi ilə Rusiya aqressiyasının qarşısının alınması məsələsini müzakirə ediblər. Turkustan.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə həmçinin Rusiya dezinformasiyalarına qarşı mübarizə məsələsinin də müzakirə edildiyi bilidirilib. Görüş Norveçin Oslo şəhərində baş tutub. Konfransa ABŞ-la bərabər Almaniya, Danimarka, İslandiya, Latviya, Litva, Norveç, Polşa, […]

Dövlət Miqrasiya Xidmətindən özəl reportaj – VİDEO+FOTOLAR

Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində son dövrlərdə xüsusi canlanma müşahidə olunur. Turkustan.info bildirir ki, bu dəfə Metbuat.az-da Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, xüsusilə də Çağrı Mərkəzi və İctimaiyyətlə Əlaqələr İdarəsinin işi ilə bağlı ətraflı məlumat verəcəyik. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinin rəisi Samirə Cəfərova deyir ki, 919 Çağrı Mərkəzi artıq 10 ildir fəaliyyət göstərir: […]

“Sakit ölüm” – Rusiyanın yeni silahı ABŞ-ı qorxuya saldı

Düşmən əks hücum edə bilməyəcək, ancaq mərmilərin haradan gəldiyini düşünə bilər Dünyanən ən güclü ordularından birinə sahib olan Rusiyanın artıq xüsusi təyinatlıların istifadəsinə verdiyi 2B25 “Qall” minaatanı düşmənin qüvvəsini səssiz məhv etməyə qadirdir. Onu məhv etmək mümkün olmasa belə, onların sıralarında bu silah xaos yarada bilər. Bu barədə Amerikanın “Drive” saytı yazıb. Azərbaycanın […]

Azay Quliyev Əfqanıstanla bağlı konfransa qatılacaq

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev sentyabrın 10-da Özbəkistana səfər edəcək. Turkustan.info bildirir ki, Milli Məclis Aparatından Modern.az-a verilən məlumata görə, burada, ölkənin paytaxtı Daşkənd şəhərində o, BMT-nin xətti ilə keçiriləcək “Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu” mövzusunda konfransda iştirak edəcək. Tədbirdə Azay […]

Toyda azərbaycanlı aktyor ürəyindən BIÇAQLANDI – FOTO

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib. Turkustan.info report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb. Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir […]

İran İraqda yerləşən İran-Kürdüstan Demokratik Partiyasına aid düşərgəni vurdu: 9 nəfər öldü, baş katib yaralandı

İran Silahlı Qüvvələr, İraqın Erbil vilayətindən fəaliyyət göstərən İran-Kürdüstan Demokratik Partiyasına (İKDP) aid bir düşərgəsini bombalayıb. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, yerli medianın mətbuatına görə, Erbil şəhərinə bağlı Koysancak mahalında İKDP düşərgəsində toplantı keçirilən zaman, İran tərəfindən raket atılıb. Hücumda, İKDP hərbi qanadından olan 9 adam ölüb. İran […]

Həsən Ruhanidən Vladimir Putinə maraqlı təklif

Birləşmiş Ştatlar bütün bəşəriyyət üçün təhdiddir və bu (əməkdaşlıq) onun qarşısının alınması üçün imkanlardan biridir  İranın dini lideri Əli Xameneyi Rusya prezidenti Vladimir Putinlə cümə günü baş tutan görüşün yekunları barədə danışarkən qeyd edib ki, Tehran və Moskva arasında əməkdaşlığın aspektlərindən biri ABŞ-ın qarşısının alınması ola bilər. Bu barədə Sputnik […]

Kişilərə yeni kimliklərin verilməsində problem yarandı – Səbəb

Azərbaycanda müxtəlif səbəblərdən şəxsiyyət vəsiqələrini dəyişən kişilərə yeni nəsil vəsiqələrin verilməsində problem yaranıb. Turkustan.info xəbər verir ki, problemlə yeni şəxsiyyət vəsiqəsi almaq üçün ASAN Xidmət mərkəzlərinə müraciət edən vətəndaşlar üzləşib. Söhbət qeydiyyat ünvanı dəyişmiş və nigaha daxil olmuş şəxslərdən gedir. Bu kateqoriyadan olan kişilərə Daxili İşlər Nazirliyinin (DİN) Baş pasport, qeydiyyat […]

Paşinyan Azərbaycanı hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri ərəfəsində Azərbaycanı güclü zərbə ilə təhdid edib. Ermənistan mətbuatı xəbər verir ki, Paşinyan bu barədə “Zinuj” proqramına müsahibəsində deyib. “Ermənistan Respublikası və erməni xalqı güclü əks zərbə endirməyə hazır olmalıdırlar. Heç kim bizimlə təhdid və güc dilində danışa bilməz”, – deyə o bildirib. Bunda əlavə, […]

Paşinyan Ermənistanın Rusiya ilə bağlı rəsmi mövqeyini – AÇIQLADI

Eurasia Diary xəbər verir ki, Paşinyan ötən gün erməni mətbuatına açıqlamalar verib. O, Rusiya ilə münasibətlərdə Ermənistan hökumətinin rəsmi mövqeyini bəyan edib. Paşinyan “Rusiya Ermənistan üçün həyati əhəmiyyətə malik müttəfiqdir. Fikrimcə, münasibətlərimiz daha yüksək templə inkişaf etməli, regional məsələlərdə ortaqlıq daha da möhkəmləndirilməli, bir sözlə ifadə etsək “qardaşyana münasibətlər” qurulmalıdır”.  […]

“Şeiri, oynamağı qadağan eləmək lazımdır” – Deputatdan “Səni deyirlər”ə sərt etiraz

Deputat Fazil Mustafa bir neçə gündür, sosial şəbəkələri cənginə almış “Səni deyirlər” aksiyasına münasibət bildirib. Turkustan.info bildirir ki, millət vəkili BakuPost.az-a açıqlamasında bu aksiyanı dəstəkləmədiyini deyib. Hətta Güney Azərbaycanda şeiri, çal-çağırı qadağan etməyin vacib olduğunu bildirib: “Mən bu aksiyanı bir o qədər də bəyənmirəm. Ümumiyyətlə, Güney Azərbaycanda şeiri, oynamağı qadağan […]

Daha iki yeni icra başçısı TƏYİN EDİLƏCƏK

Ölkə başçısının müfaviq sərəncamları ilə bir sıra rayon və şəhərlərdə İcra Hakimiyyəti başçıları dəyişdirilir.  Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, yaxın vaxtlarda daha iki yeni icra başçısının təyinatı gözlənilir. Belə ki, Mingəçevir şəhəri və Bakının Səbail rayonlarının İcra hakimiyyətlərinə yeni başçı təyinatları gerçəkləşəcək.  Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Niyazi Bayramov həmin postdan […]

İntim əlaqə olmayanda, orqanizm və bədəndə nələr baş verir – Kişi və qadınlar üçün

Heç kimə sirr deyil ki, qadın, kişi orqanizmində baş verən hormonal, cinsi, uroloji, ginekoloji problemlərin çoxu uzun müddət normal intim əlaqə və keyfiyyətli intim münasibətin olmamasından qaynaqlanır. Turkustan.info bildirir ki, Medicina.az həyatında nəinki həftələr, hətta aylar, illərlə seks olmayan insan, xüsusən qadınların orqanizmində hansı  problemlərə yol açdığını araşdırıb. İMMUNİTET ZƏİFLƏYİR […]

Bakıda qısqanc ər arvadının qanını tökdü – FOTO

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Turkustan.info-nun məlumatına görə, hadisə rayonun H.Əliyev küçəsində olub. Belə ki, 1997-ci il təvəllüdlü Aydan Hətəmova əri, 1993-cü il təvəllüdlü Rəhman Cəfərov tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hazırda vəziyyəti orta-ağırdır.  Rəhman Cəfərov polisə təslim olub. O, ilkin ifadəsində cinayəti etiraf edib və hadisəni qısqanclıq […]

Bakıda restoran və şadlıq sarayların cərimələnməsinə başlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakıda şadlıq evləri və restoranlarda reydlərə başlayıb. Turkustan.info-nun məlumatına görə, ETSN-nin rəsmiləri şadlıq saraylarına baş çəkərək onların tüstü vasitəsilə ətraf mühitə vurduqları ziyan ölçüblər. Reyd zamanı “Lido” və “Cıdır düzü” restoranlarında monitorinq aparılıb. Götürülən nümunələr əsasında laboratoriya şəraitində analiz aparıldıqdan sonra […]

Tehran görüşündə Ərdoğanla Putin arasında gərginlik yaşandı

Türkiyə prezidenti yekun bəyannamədə İdliblə bağlı “atəşkəs” sözünün açıq yazılmasını istədi, Rusiya prezidenti isə bununla razılaşmadı; Elxan Şahinoğlu: “Bu görüşdə aparılan müzakirələr göstərdi ki, Türkiyə-Rusiya-İran birliyi çox kövrəkdir” Sentyabrın 7-də Tehranda Türkiyə, Rusiya və İran prezidentləri arasında zirvə görüşü baş tutub. Sammitdən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iranlı həmkarı […]

Daha bir gəlin itkin düşdü

Bakıda qadın itkin düşüb. Turkustan.info-nun məlumatına görə, bu barədə paytaxtın Nizami rayonu, Naxçıvani küçəsi ev 18, mənzil 25-də yaşayan Qurbanov Cavid Möhtəşəm oğlu Nizami rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsinə ərizə ilə müraciət edib. Müraciətdə bildirilir ki, onunla birgə yaşayan həyat yoldaşı, 1976-cı il təvəllüdlü Qurbanova İlahə Əlövsət qızı […]

Suriyalılar yenə Türkiyəyə axışır, beton hasarlar da kömək etmir – VİDEO

Türkiyə qaçqın axınının qarşısını almaq üçün sərhəddə eni 2, hündürlüyü 3 metrə çatan beton divarlar qurub  Suriyada davam edən hərbi əməliyyatlar bu ölkədən Türkiyəyə qaçqın axının gücləndirib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin iki ölkə arasında hördüyü beton divarlar belə, suriyalı qaçqınların qarşısını ala bilmir. İnsanlar beton divarı aşmaq […]

Ürəyin fəaliyyətini yaxşılaşdıran xərcsiz vasitə

İnsan yaşlaşdıqca ürəyin fəaliyyəti zəifləyir, ürək çatışmazlığının riski artır. Adətən yaşl insanlara ürəyin fəaliyyətinin yaxşılaşdırması üçün xüsusi dərman preparatlarını təyin olunur. Lakin alimlərin fikrinə görə, heç bir xərc çəkmədən də ürəyin vəziyyətini yaxşılaşdırmaq mümkündür. Bunun üçün sadəcə daha çox hərəkət etmək lazımdır. Kardioloqların fikrinə görə, adi yerimə yaşlı insana ürəyin […]

Bakıda sənədsiz evi olanlara müjdə – “İNSANLAR YAŞAYIRSA…”

Bakıda və Abşeron rayonu ərazisində əvvəllər kənd təsərrüfatı təyinatlı olan torpaqlarda xeyli sayda fərdi evlər tikilib, uzun illərdir insanlar orada yaşayırlar. Ancaq hələ də öz mülkiyyət hüquqlarını əldə edə bilmirlər. Bu məsələ müzakirə olunurmu? Hansısa qərar varmı? Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət agentliyinin direktoru […]

Müəllimlərin nəzərinə! – Sənəd qəbulu başlayır

Bu gündən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılıb. Nazirlikdən verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesində iştirak etmək üçün builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli […]

Çinli alimlər elə bir şey kəşfv etdi ki…

Çin alimləri dəniz suyunda qısa vaxtda parçalana bilən plastika növü hazırlayıblar. Yeni texnologiya okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək. Turkustan.info AZƏRTAC-a istinadən bildirir ki, Çin Elmlər Akademiyası Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həllolma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir. […]

Şəkidə əcnəbi əczaçını belə aldatdı – VİDEO

Şəkidə aptekə daxil olan əcnəbi əczaçını aldadıb və pulu götürərək aradan çıxıb. Turkustan.info-nun “Xəzər” TV-yə istinadən məlumatına görə, hadisə Şəkidə, Mikayıl Müşfiq küçəsində yerləşən apteklərin birində baş verib.  Özünü turist kimi aparan orta yaşlı kişi satıcılara fırıldaq gələrək, 100 manat pulu oğurlayıb. Əczaçı Nigar Tağıyeva deyir ki, həmin şəxs içəri girəndən […]

Tanınmış jurnalist İŞDƏN AYRILDI – “Kollektivə uğurlar arzulayıram”

Tanınmış jurnalist, teleaparıcı Eldəniz Vəliyev işdən ayrılıb. Jurnalist bu barədə ilk məlumatı sosial şəbəkədəki hesabında paylaşıb. Turkustan.info bildirir ki, Metbuat.az Eldəniz Vəliyevlə əlaqə saxlayıb. O, sayta açıqlamasında bildirib ki, işdən dünən ayrılıb. Səbəblərlə bağlı açıqlma vermək istəməyən teleaparıcı kollektivə uğurlar arzulayıb. Qeyd edək ki, Eldəniz Vəliyev Real TV-də aparıcı və […]