Bakıda qısqanc ər arvadının qanını tökdü – FOTO

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Turkustan.info-nun məlumatına görə, hadisə rayonun H.Əliyev küçəsində olub.

Belə ki, 1997-ci il təvəllüdlü Aydan Hətəmova əri, 1993-cü il təvəllüdlü Rəhman Cəfərov tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hazırda vəziyyəti orta-ağırdır. 

Rəhman Cəfərov polisə təslim olub. O, ilkin ifadəsində cinayəti etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Cütlüyün iki uşağı var.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.   /oxu.az/