“Sakit ölüm” – Rusiyanın yeni silahı ABŞ-ı qorxuya saldı

Düşmən əks hücum edə bilməyəcək, ancaq mərmilərin haradan gəldiyini düşünə bilər

Dünyanən ən güclü ordularından birinə sahib olan Rusiyanın artıq xüsusi təyinatlıların istifadəsinə verdiyi 2B25 “Qall” minaatanı düşmənin qüvvəsini səssiz məhv etməyə qadirdir. Onu məhv etmək mümkün olmasa belə, onların sıralarında bu silah xaos yarada bilər. Bu barədə Amerikanın “Drive” saytı yazıb. Azərbaycanın şimal qonşusunun “sakit ölüm” adlandırılan yeni silahı ABŞ-ı narahat etməyə başlayıb. 

Müəllif yazır: “Qaranlığın düşməsi ilə şəxsi heyeət baza ətrafında patrula başlayır və birdən uzaqdan boğuq səs eşidir. Qəfildən kiçik mərmilər səpələnir. Onların haradan gəldiyi heç bəlli belə deyil. Onlar indicə atəş açılan səsiz 2B25 minatanının izləridir”. 

Səssiz silah xüsusi porşenlə təhciz edilib. Bu porşen atış zamanı qazları quyruq hissədə toplayır. Həmçinin silahdan istifadə zamanı zərbə dalğaları və tüstü də yaranmır. Amma çatışmazlıqlar da var – istifadə radiusu. Texniki xarakteristikasına görə, 2B25 1200 metr məsafədə olan hədəfləri vura bilir. 

Miaatanın sürəti dəqiqdə 15 atışdır. Lakin labüd hallarda bu atış 30-a kimi yüksəldilə bilir. Nəşr qeyd edir ki, belə sürətli atış zamanı qarşı tərəf ancaq mərmilərin haradan gəldiyini düşünə biləcək. Əks hücumdan isə söhbət gedə bilməz. 

“Drive” qeyd edir ki, əgər bu atışlar ciddi itkilərə səbəb olmasa belə, qarşı tərəfin mənəvi zərbə almasına, döyüş ruhunun sarsılmasına, qorxu yaranmasına yol açacaq. 

/istipress.com/