Gün: Sentyabr 13, 2018

Daşkəsəndə dəhşətli cinayət – Oğul ata və anasını baltaladı

Daşkəsəndə həbsdən çıxan oğul ata və anasını baltalayıb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, rayonun Qabaqtəpə kəndində yaşayan, 1944-cü il təvəllüdlü İlyas Həmzə oğlu Bağırov və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Tamara Mövsüm qızı Bağırova öz oğlu, Firdovsi İlyas oğlu Bağırov tərəfindən baltalanıblar. Hər iki şəxs baş və üz […]

Libermanın səfərində sirr pərdəsi: İsrailli nazir Gürcüstan və Azərbaycanda nədən danışıb?

Mixael Borodkin: İsrailli nazirin Azərbaycandakı danışıqları yəqin ki, hərbi-texniki əməkdaşlığın müxtəlif aspektlərinə həsr olunub Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Turkustan.info Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından […]

Quranda adı çəkilən möcüzəli qidalar və faydaları

İslam dininin müqəddəs Kitabı Quranda bəzi qidaların adı keçir. Turkustan.info Ölkə.Az-a istinadən bu gün oxucularına bu qidaların adını və faydalarını təqdim edir. Xurma Şəkər balansını qoruyur, doğuşu asanlaştırır, südverən analarda süd hormonlarını hərəkətə keçirir və ana südünü artırır. Peyğəmbərimiz buyurub ki, qadınlar süd verdikləri dövrdə xurma yesin. Bu zaman onun […]

“Azərkitab” Kitab Yayımı Mərkəzi Beynəlxalq müsabiqənin qalibi olmuşdur

Turkustan.info xəbər veürir ki, MDB dövlətlərinin kitabyayımı ilə məşğul olan müəssisələrin Beynəlxalq əməkdaşlığının gücləndirilməsi, kitabyayımı mədəniyyətinin yüksəldilməsi və MDB dövlətləri arasında mədəni dəyərlərin mübadiləsinin genişləndirilməsi məqsədi ilə hər il Beynəlxalq müsabiqə keçirilir. Müsabiqənin təsisçisi MDB-nin Dövri mətbuat, kitab nəşri, kitabyayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası şurasıdır. Müsabiqəni Müstəqil Dövlətlərin […]

Azərbaycanda sələmçi qadını vəhşicəsinə öldürdülər

Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib. Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin […]

Tovuzda 21 yaşlı oğlanın qulağını kəsdilər

Tovuz rayonunda dava olub.  Turkustan.info“Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb. Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib. Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Radikal islam: Qafqaza sıza bilər?

Bu günlərdə beynəlxalq ictimaiyyət terrorçuluğun yaratdığı mümkün təhlükələri yenidən nəzərdən keçirir. 11 sentyabr terror aktının 17-ci ildönümünün nəticələrini təhlil edən ekspertlər sözügedən problemin tezliklə həll olunmayacağına diqqət çəkir. Bu təhlükənin əsas yayıldığı mənbələrdən biri də Qafqaz olaraq qalır. Suriyada davam edən müharibə və terrorçuluq yaxın perspektivdə Qafqaz regionuna təsir göstərməkdə […]

İşdən çıxarılan nazirlər indi nə ilə məşğuldur?

Azərbaycanda nazirlər vəzifədən getdikdən sonra müxtəlif fəaliyyətlə məşğul olurlar. Kimisi pedaqoji, kimisi biznes sahəsində çalışır. Bəziləri isə təqaüdə çıxır. Turkustan.info xəbər verir ki, Azxeber.com vəzifədən azad edilmiş keçmiş nazirlərin hazırda nə işlə məşğul olması ilə bağlı araşdırma aparıb. Sabiq Vergilər naziri Fazil Məmmədov hazırda sağlamlıq problemlərinin həlli ilə məşğuldur. Türkiyədə müalicə […]

Zaxarova Qarabağ münaqişəsində Rusiyanın mövqeyini açıqladı

Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyindən danışıb. Turkustan.info-nun xəbərinə görə, o bildirib ki, ölkəsinin mövqeyi dəyişməz olaraq qalır. “Həm Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını, həm də müvafiq ölkələrdə verilən bəyanatları təhlil edirik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyi dəyişməz […]

Azərbaycanlı milyarderin 19 yaşlı oğlunun 2 milyonluq “oyuncağı” – FOTO+VİDEO

Ən varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişov oğluna 2 milyon manata yaxın qiyməti olan avtomobil hədiyyə edib.  Turkustan.İnfo xəbər verir ki, 19 yaşlı Rasim Məmişov 3 ildir arzusunda olduğu 900 min avro (1 778 580 manat) qiyməti olan “Lamborghini Aventador” avtomobilinə qovuşub. Lüks həyatını nümayiş etdirməkdən çəkinməyən milyarder oğlu […]

Din xadimi: Azərbaycanlıların bəzilərini farslaşdırıblar – Video

Əbdüləziz Əzimi Qədim güneyli milli-mədəni fəal və din xadimidir. O, Azərbaycan-türk millətinin milli və demokratik hüquqları uğrunda mübarizələr aparıb və dəfələrlə saxlanılıb. Əbdüləziz Əzimi Qədiminin Güney Azərbaycanın ana dili problemi ilə bağlı Axar.az-a açıqlamasını təqdim edirik: İranda yaşayan türklərin statistikası İranda yaşayan etnik qrupların dəqiq statistikası tutulmayıb. 40 milyon rəsmi statistika […]

İrəvan cidd-cəhdlə müharibə istəyir? – Son şans

Ermənistan bu ağır durumunda Azərbaycanla güzəştlərə getməsə, daha pis vəziyyətə düşəcək, heç vaxt kommunikasiyalara çıxış əldə etməyəcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ermənistan parlamentində Dağlıq Qarabağla bağlı gedən müzakirələr haqda danışan politoloq Tofiq Abbasov deyib. Politoloq son zamanlar Azərbaycan və Türkiyə ilə barışıq istiqamətində hərəkət etməyi zəruri sayan ziyalıların sayının […]

Azercell-in “Mobil Göz Klinikası” Ağdama gedir!

Klinikanın həkimləri Ergi kəndində pulsuz xidmət göstərəcəklər Turkustan.info xəbər verir ki. insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirən “Azercell Telekom” MMC 7 ildir “Mobil Göz Klinikası” ilə aztəminatlı ailələrin və uşaqların ümid yerinə çevrilib. 2011-ci ildən indiyə qədər Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda […]

Putin müharibəyə “HƏ” DEDİ: Üçmərhələli plan işə salınır və ilin sonuna kimi torpaqlar…

Rusiya İdlibdə üç mərhələli döyüş planını işə salacaq. Turkustan.info xəbər verir ki, Moskva İdlibdəki müxaliflərin silahı buraxmasını tələb edir, əks təqdirdə hücuma keçəcəyini bəyan edir. Rusiyanın məqsədi qurudan da hücuma keçərək, ilin sonuna kimi İdlibi tamamilə ələ keçirməkdir. Türkiyə isə atəşkəsin əldə olunması üçün İdlibdəki müxalif qruplarla təmaslar qurur. Lakin müxaliflərin […]

“Veysəloğlu” Şirkətlər Qrupu 700 bal toplayan abituriyentləri təbrik edib

Bu gün “Veysəloğlu” Şirkətlər Qrupunda artıq ənənəvi hal almış ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplayan abituriyentlərlə növbəti görüş keçirilib. Şirkətlər qrupunun təlim-tədris mərkəzində baş tutan görüşdə şirkət rəhbərliyi, 700 bal toplayan 20-dən çox tələbə və onların valideynləri iştirak ediblər. Tədbirdə iştirakçılara “Veysəloğlu” Şirkətlər […]

Rusların yeni Qafqaz ekspedisiyası: Qarabağ üçün hansı plan hazırlanır? – TƏHLİL

Amerikanın Paşinyan Ermənistanı ilə Rusiyanı cənubdan mühasirəyə almaq gedişindən sonra rusların Qafqaz ekspedisiyası yenidən başladı. Və Moskva bölgədə dayaq olaraq söykənə biləcəyi sütunun Bakı olduğunu açıq şəkildə dilə gətirdi. İndiki situasiyada bölgədəki siyasi tarazlıq Azərbaycanın xeyrinə görünür, hər halda tarix boyu Ermənistanı “qucağında daşıyan” Rusiyanı bu vəziyyətdə yaxalamaq ələ düşməz […]

Cəlilabad sakinlərini qorxuya salan sirli varlıq – Məsələnin gizli tərəfləri… – VİDEO

Cəlilabadın Günəşli kəndində uzun müddətdir insanlar vəsvəsə içərisindədir. Kimliyi naməlum olan bir məxluq gecələr evlərin damlarına daş atır, pəncərələri qırır. Naməlum varlıq evlərə daxil olur, ev əşyalarını qarışdırır. Turkustan.info bildirir ki, kənd sakinlərinin News24.az-a verdiyi məlumata görə, kənddə polislər mühafizə çəmbəri yaratsa da, bu hadisələri törədənin kimliyini hələlik müəyyən etmək […]

Paşinyan açıqladı: “Əlimdə sənəd var, 7 rayonun qaytarılması…”

Qarabağ məsələsi yenidən Ermənistan parlamentində mübahisəyə səbəb olub. Turkustan.info xəbər verir ki, mübahisə bu dəfə Ermənistanın Respublikaçılar Parityasından olan deputat Armen Aşotyanla Baş nazir Nikol Paşinyan arasında yaşanıb. Belə ki, Aşotyan parlamentdə çıxışı zamanı Paşinyanın son mitinqdə etdiyi çıxışa diqqəti yönəldib: “Siz son mitinqinizdə “Onlar əraziləri verməyə gəliblər. Mən bunu sənədlər […]

Paşinyan ordunu savaşa hazırlayır – Ssenari açıqlandı

Ermənistan Baş naziri Nikol Paşinyan “İldırım 2018” təlimi çərçivəsində Müdafiə Nazirliyini ziyarət edib. Turkustan.info xəbər verir ki, burada keçirdiyi qısa brifinqdə Paşinyan təlimin əsas məqsədinin dövlət orqanlarının sülh şəraitindən hərbi əməliyyatlar vəziyyətinə keçidinin hazırlanması olduğunu bildirib. O, ən pis ssenari əsasında ordunun ən yaxşıya hazırlanacağı vurğulayıb. Paşinyan qeyd edib ki, bu […]

Dollara zərbə: Rusiya və Çin də imtina etdi

Rusiya İnvestisiya Fondunun Sədri Kril Dimitriyev bundan sonra Rusiya və Çin arasında ikitərəfli ticarətin milli pul vahidləri vasitəsilə həyata keçirəcəyini açıqlayıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın səlahiyyətli nümayəndəsi Dimitriyev iki ölkənin İnvestisiya Fondları bu istiqamətdə iradələrini nümayiş etdirdiklərini vurğulayıb. Şərq İqtisadi Forumu zirvə toplantısında danışan Rusiya səlahiyyətlisi Dimitriyev […]

Azərbaycan ilə Qətər arasında alternativ enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Sentyabrın 12-də Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bu ölkənin alternativ enerji sahəsində fəaliyyət göstərən ən böyük sərmayədar şirkətlərindən biri olan Nebras Enerji Şirkətinin Biznesin inkişafı üzrə departament sədri Faisal Obaid Al Siddiqi ilə görüşüb. Səfirlikdən bildiriblər ki, səfir ölkəmiz üçün alternativ enerji sahəsinin inkişafının səmərəlilik və ətraf mühitin qorunması baxımından […]

ADAU-nun fakültələri yeni dərs ilinə hazırdır

Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələri yeni dərs ilinə tam hazırdır. Təmir, quruculuq işləri ilə yanaşı maddi-texniki baza da  təlabata uyğun qurulub.  ADAU-nun mətbuat xidmətindən bildirilib ki, təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültəlrdə olub, hazırlığın vəziyyəti ilə maraqlanıb, yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı yığıncaqlar keçirib. […]

İki supergüc üz-üzə: Rus qırıcılarına müdaxilə edildi

Şimali Amerika Hava Müdafiəsi Komandanlığı (NORAD) Alyaska sahillərində iki amerikan F-22 Raptor reaktiv qırıcısının iki rus TU-95 qırıcısının bombardman həmləsinə maneə olduğunu açıqlayıb. Turkustan.info xəbər verir ki, NORAD-dan verilən yazılı şərhdə hadisənin Alyaskanın qərbində – beynəlxalq hava sahəsində yaşandığı bildirilib. Rus təyyarələrinin ABŞ və ya Kanada hava sərhədlərini pozmadığı qeyd […]

Azərbaycanda hərbi vəziyyətlə bağlı yeni qərar verildi

Bundan sonra fövqəladə vəziyyətlərdə rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara, hərbi vəziyyətlərdə də riayət olunacaq. Nazirlər Kabineti “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nda dəyişikliklər edib. Turkustan.info xəbər verir ki, bu barədə qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb. Qərara əsasən, xüsusi […]

Evinin sökülməsinə etiraz edərək özünü yandıran kişi öldü – Bakıda (VİDEO 18+)

Evinin sökülməsinə etiraz edərək özünə qəsd edən Şahmərdanov Musayıl İsmayıl oğlu vəfat edib. Turkustan.info bildirir ki, bu barədə bizimyol.info-ya onun həyat yoldaşı Aytən Şahmərdanova bildirib. Sabunçu rayonu, Sabunçu qəsəbəsi Əmir Bağırov küçəsi 14 ünvanında yaşayan ailənin hadisə nəticəsində iki nəfər üzvü yanıq xəsarəti alıb. Belə ki özünü yandıran Musayıl Şahmərdanovu xilas […]

QHT-lərə Dövlət Dəstəyi Şurası toplandı: Bakının azad edilməsi qeyd olundu – FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 1918-cı il 15 sentyabrda Bakının düşmən işğalından azad olunmasının 100 illiyinə həsr olunmuş konfrans keçirib.  Turkustan.info xəbər verir ki, tədbiri giriş sözü ilə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov açıb.  F.Qurbanov tədbir iştirakçılarını salamlayaraq açılış nitqi ili çıxış edib. F.Qurbanov […]

Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm” – Ermənistan QARIŞIR

Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı hədələyib. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, yerli saytlardan birinə müsahibə verən eks-prezident baş naziri öz düşməni adlandırıb. “Siyasi proseslərdən danışarkən belə terminlərdən isitfadə etməzdim. Amma Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm. Düşünürəm ki, hakimiyyətin qorxutduğu birinici instansiya məhkəməsinin hakimi mənə […]

Ermənistan Azərbaycana “MÜHARİBƏ” elan etdi

Ermənistan parlamenti “Şant 2018” hərbi təlimləri çərçivəsində Azərbaycana “müharibə” elan edib. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti açıqlama yayıb. “Ermənistan Konstitusiyasının 118-ci maddəsinin 1-ci bəndini rəhbər tutaraq Azərbaycana müharibə elan etmək haqqında qərar verilib”. “Şant 2018” komanda-qərargah təlimləri 11-14 sentybarı əhatə edir.  /Modern.az/

Ərdoğan Bakının azad edilməsinin 100-cü ildönümü tədbirinə qatılacaq

“İki gün sonra – Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü günündə Bakıda Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarının qatılacağı çox böyük tədbirlər keçiriləcək. Bununla da bu ildönümünü birlikdə qeyd etmiş olacağıq”. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 […]

İşdən çıxarılan icra başçısı barəsində araşdırma başladı – Ölkədən çıxışına QADAĞA QOYULDU

Bir müddət əvvəl Gədəbəy rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilən Ramiz Yediyarov barəsində Baş prokuror yanında korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Turkustan.info-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurduğu bildirilir. […]

Azərbaycanlı qadınları Türkiyədə “satan” məhkəmə qarşısında

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Namiq Şaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Turkustan.info-nun xəbərinə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.  İttihama münasibət bildirən N. Şaməmmədov özünü təqsirli bilib. Sonra zərərçəkmiş şəxslər ifadə verib.  İttihama […]

Dolların taxtı sarsılır

“Moody’s” beynəlxalq reytinq agentliyi qlobal ticarətdə dollardan istifadənin perspektivlərini qiymətləndirib.  Oxu.Az xəbər verir ki, hesabat analitiklər Corcin Smart və Kilon Ellistərəfindən hazırlanıb.  Agentliyin məlumatına görə, regional ticarətin inkişafı və yeni pul vahidləri ilə ehtiyat valyutanın alınması ölkələrə coğrafi cəhətdən uzaq olan dövlətlərin valyutalarından ehtiyat kimi istifadə etməməyə imkan verəcək. Nəticədə dünya ticarətində dollara olan […]

Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol dağılıb – Eks-nazir məsuliyyətə cəlb edilə bilər – Deputat sərt DANIŞDI

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun istismarına 30 il zəmanət verdiyi Bakı-Quba-Rusiya avtomobil yolu yenidən təmir olunur. Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, bu yol ölkənin ən bahalı tikinti layihələrindən biridir. Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 […]

Putin Ermənistana niyə gəlir?..

Rusiya prezidenti Vladimir Putin Ermənistana rəsmi səfər edəcək. Turkustan.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. D. Peskov səfərin tarixi barədə sualı cavablandırarkən qeyd edib ki, vaxt razılaşdırıldıqdan sonra bəlli olacaq.  /Modern.az/

ADAU: Aqrobiznes və idarəetmə fakültəsində elmi şura keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsində növbəti elmi şura keçirilib.  Elmi şuranın iclasında ilk olaraq 2017-2018-ci tədris ilində görülən işlərlə bağlı fakültə dekanı, dosent Əlöysəd Əsgərovun hesabatı dinlənilib. Dekan ötən tədris ilinin uğurlarından söz açıb, keyfiyyətli tədris üçün yaradılan şəraitin standartlara uyğun olduğunu bildirib, yeni dərs ilində qarşıda […]

Komitə yeni infoqrafik çarx hazırladı – VİDEO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi yeni infoqrafik videoçarx hazırlayıb. Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsindən Turkustan.info-ya verilən məlumata görə, infoqrafik videoçarxda Komitənin əsas fəaliyyət istiqamətləri, diasporun mahiyyəti və tərkibi, eləcə də diaspor siyasətinin başlıca istiqamətləri öz əksini tapıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət […]

Qərb hücum edərsə, Rusiya dərhal vuracaq – Cabbarov

Suriya ordusu Qərb koalisiyasının hücumlarına qarşılıq vermə haqqına sahibdir. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov deyib. O əlavə edib ki, hücumların Rusiya hərbi qüvvələrinə təsiri olarsa, cavab gecikməyəcək: “Ağ dəbilqəlilər”i idarə edən ABŞ və İngiltərə Suriya ordusuna qarşı provokasiyanı davam edirir. […]

Azərbaycanda uzunömürlülər nədən əziyyət çəkir?

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkədəki uzunomürlülərin sağlamlığı ilə bağlı vəziyyəti dəyərləndirib. Turkustan.info xəbər verir ki, İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, tədqiq etdikləri uzunömürlülərdə alsheymer xəstəliyi qeydə alınmayıb. Bu da uzunömürlülərin beyin fəaliyyətinin qorunub saxlanmasından xəbər verir.  İnstitut direktoru qeyd edib ki, ölkədəki […]

Novruz Məmmədov daha bir qaydaya dəyişiklik etdi

Nazirlər Kabineti “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nda dəyişikliklər edib. Turkustan.info xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, xüsusi təyinatlı telekommunikasiya şəbəkələri qurularkən, onların həm fövqəladə vəziyyətdə və bundan sonra həm də hərbi vəziyyətdə dayanıqlı […]

İnanılmaz ŞOU – Akvalangist köpək balığını hipnoz etdi – VİDEO

Baham adalarında Dayver ətrafdakı köpək balıqlarının yanında onlardan birini hipnoz edib. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bu tryuku akvalangist Li Kobb nümayiş etdirib. Emma adlı 5 metrlik köpək balığını əvvəla yemləyib, daha sonra hipnoz edib. Dayver onu ehmalca başı aşağı çevirib, sonra isə köpək balığı özünə gəlib və uzaqlaşıb. Ətrafda […]

Azərbaycanda sürücü öz ölümünü kameraya çəkdi – VİDEO

Sosial şəbəkələrdə Sumqayıtda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. Turkustan.info-nun məlumatına görə, “Jiquli” markalı avtomobil dönmə əməliyyatı yerinə yetirən “Mercedes”ə çırpılıb. Bildirilir ki, qəzanı lentə alan “Jiquli”nin sürücüsü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. /oxu.az/

“Reuters”: Türkiyə İdlibə qoşun yeritdi

Türkiyə ordusu Suriya ilə sərhəddə hərbi mövcudluğunu gücləndirir, habelə Suriya müxalifətinin nəzarətində olan İdlibdə mövqelərini möhkəmləndirir.  Turkustan.info xəbər veriri ki, bu barədə “Reuters” Türkiyə və Suriya müxalifətindəki mənbələrə istinadən məlumat yayıb.  Türkiyə güc strukturlarındakı mənbə bildirib ki, türk hərbçiləri İdlib daxilindəki 12 blok-postu möhkəmləndiriblər. Digər üç mənbə isə deyib ki, hərbçilər […]