ADAU: Aqrobiznes və idarəetmə fakültəsində elmi şura keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsində növbəti elmi şura keçirilib.

 Elmi şuranın iclasında ilk olaraq 2017-2018-ci tədris ilində görülən işlərlə bağlı fakültə dekanı, dosent Əlöysəd Əsgərovun hesabatı dinlənilib. Dekan ötən tədris ilinin uğurlarından söz açıb, keyfiyyətli tədris üçün yaradılan şəraitin standartlara uyğun olduğunu bildirib, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb. Daha uğurlu nəticələrə imza atmaq üçün  fəaliyyətin səmərəliliyini artırmağın vacibliyini vurğulayıb. 

Elmi şuranın iclasında problem və çatışmazlıqlardan da söz açılıb, həlli yolları araşdırılıb, təklif və tövsiyyələr dinlənilib.

 Kafedralarda dərs bölgüsü, TEC-in iş planının təsdiqi də elmi şurada müzakirə edilib.