ADAU-nun fakültələri yeni dərs ilinə hazırdır

Azərbaycan Dövlət Aqrar Universitetinin fakültələri yeni dərs ilinə tam hazırdır. Təmir, quruculuq işləri ilə yanaşı maddi-texniki baza da  təlabata uyğun qurulub.

 ADAU-nun mətbuat xidmətindən bildirilib ki, təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültəlrdə olub, hazırlığın vəziyyəti ilə maraqlanıb, yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı yığıncaqlar keçirib. Belə görüş-yığıncaqlardan biri də Universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində baş tutub.

 Rektor bildirib ki, aqrar təhsilin inkişafına dövlətin dəstəyi və qayğısı ilbəil güclənir. Artıq universitetdə 14 ixtisas dövlət sifarişlidir və bu ixtisası seçənlər təhsil haqqından azaddır, üstəlik təqaüdlə də təmin edilirlər. Rektor onu da əlavə edib ki, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 2-ci və 3-cü mərtəbəsinin əsaslı şəkildə yenidən qurulması, tam texniki təminatı da dövlətin dəstəyinin və qayğısının təsdiqidir.

 Yığıncaqda kafedra müdirləri də çıxış edib, hazırlıqla bağlı görülən işlərlərdən danışıblar.