İki supergüc üz-üzə: Rus qırıcılarına müdaxilə edildi

Şimali Amerika Hava Müdafiəsi Komandanlığı (NORAD) Alyaska sahillərində iki amerikan F-22 Raptor reaktiv qırıcısının iki rus TU-95 qırıcısının bombardman həmləsinə maneə olduğunu açıqlayıb.

Turkustan.info xəbər verir ki, NORAD-dan verilən yazılı şərhdə hadisənin Alyaskanın qərbində – beynəlxalq hava sahəsində yaşandığı bildirilib.

Rus təyyarələrinin ABŞ və ya Kanada hava sərhədlərini pozmadığı qeyd olunub.

Xatırladaq ki, sentyabr və may ayında da Alyaska sahillərində bənzər şəkildə rus təyyarələrinin manevrlərinin ABŞ qırıcıları tərəfindən qarşısı alınmışdı.

May ayındakı hadisəni qiymətləndirən Pentaqon rəsmiləri uçuşları “təkrarlanan” və “təhdid ehtiva etməyən uçuşlar” olaraq dəyərləndirmişdi.

Digər tərəfdən, ABŞ Konqresinin bəzi Respublikaçı üzvləri Rus təyyarələrinin ABŞ sərhədinə bu qədər yaxın uçmasını “Amerikan xalqına mesaj” olaraq qiymətləndirir.  /yenicag.az/