Zaxarova Qarabağ münaqişəsində Rusiyanın mövqeyini açıqladı

Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyindən danışıb.

Turkustan.info-nun xəbərinə görə, o bildirib ki, ölkəsinin mövqeyi dəyişməz olaraq qalır.

“Həm Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını, həm də müvafiq ölkələrdə verilən bəyanatları təhlil edirik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyi dəyişməz olaraq qalır”.

M.Zaxarova qeyd edib ki, Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində tərəflərə kompromisin əldə olunması üçün lazımi vasitəçilik köməyi göstərməyə davam edəcək, amma irəliləyiş üçün müvafiq şəraiti tərəflər özləri yaratmalıdır.  /oxu.az/