15 sentyabr Bakının azad olunmasına ithaf edirəm!

Türkün adı tarixlərdə qalandı! Tanrım, Türkəm, Cahana Türk gəlmişəm!

Odlar Yurdun Türkə Vətən bilmişəm!

Yağı-düşmən sanmasın ki, ölmüşəm!

Dədəm-Qorqud, Manas tarix qalamdı,

Türkün adı tarixlərdə qalandı!

*

Qibləm Laçın, səcdəgahım Şuşadı!

Həsrətimiz, sevincimiz qoşadı!

Türkü Türklük, Türk doğulmaq yaşadır!

Türkdən başqa Türkün dostu yalandı,

Türkün adı tarixlərdə qalandı!

*

Ta Doğudan Batıyacan yurdumuz,

“Tülkü-çaqqal” ovundadı “Qurdumuz”,

Yağılardan öc alacaq Ordumuz!

Xəyanətlə yurd-yuvamız talandı,

Türkün adı tarixlərdə qalandı!

*

Talış, Ləzgi, Kürd də Türkün yurddaşı,

Yerindədi Ulu Türkün yaddaşı!

Azərbaycan Türkiyənin qardaşı,

Qarabağla Quzey Kıbrıs balandı,

Türkün adı tarixlərdə qalandı!

*

Tarix boyu Ulu Türküm yaşasın!

Nuri paşa- paşaların paşası!

Qarı düşmən, başınızdan daş asın!

Türk dediyin daşı başdan alandı,

Türkün adı tarixlərdə qalandı!

Türkün adı tarixlərdə qalandı!

Arif Gürşadoğlu

14.09.2018.