Cəbhədə atəş səsləri – Ermənilər Uzundərəyə ağır artilleriya gətirdi

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıb.
Turkustan.info xəbər verir ki, təlim işğal altında olan Uzundərə adlanan ərazidə aparılır. Təlimdə silahlı birləşmələr ağır artileriya qurğularından, zirehli texnikalardan istifadə edirlər. Təlim zamanı ağır artileriya qurğularından atılan atəş səsləri cəbhə xəttinə yaxın yerləşən kəndlərdən eşidilir.
Hazırda təlim davam edir.   /BakuPost/